Misli Premyer Liqasının son çempionu olan “Sabah” heyətini gücləndirməkdə davam edir.
Offsideplus.az “Sport-express.ru”ya istinadən xəbər verir ki, “Zenit”in yarımmüdafiəçisi Du Keyros karyerasını Azərbaycanın “Sabah” klubunda davam etdirəcək. 26 yaşlı braziliyalı futbolçu Bakı təmsilçisinə icarə əsasında keçir.
Ötən mövsümü Rusiya çempionatının ” Orenburq” klubunda icarədə keçirən Du Keyros bütün turnirlərdə 29 matçda meydana çıxaraq 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, 2017-ci ildə yaradılan “Sabah” klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Komanda bu mərhələdə “Barselona”, “Arsenal”, “Borussiya” (Dortmund), “Mançester Yunayted”, “Napoli”, “Vilyarreal”, “Slaviya” (Praqa) və “Vikinq” klubları ilə qarşılaşacaq.


