İsrailin baş naziri Benyamin Netanyahu Böyük Britaniya, Kanada və Avstraliyanın Fələstin dövlətini tanımaq qərarına sərt cavab verib.
Yeniera.az xəbər verir ki, Netanyahu bu ölkələrin belə qərar verməsini tənqid edərək, işğal olunmuş Fələstin ərazilərini ilhaq edəcəyi ilə təhdid edib.
Netanyahu Suriya torpaqlarında gözü olmadığını bildirərək deyib:
“Suriya ilə Suriyanın cənub-qərbinin silahsızlaşdırılmasını nəzərdə tutan təhlükəsizlik razılaşmasını müzakirə edirik”.
Qeyd edək ki, ilk dəfə 2023-cü ilin 7 oktyabr BMT-yə üzv olan doqquz dövlət Fələstin Dövlətini rəsmən tanıyıb.
Bu gün isə Böyük Britaniya, Fransa, Kanada və Malta da Fələstini müstəqil dövlət kimi tanıdıqlarını açıqlayıblar.
Novruz Rüstəmov

