“Ukrayna Avropa İttifaqının (Aİ) dəstəyi ilə itirilmiş ərazilər məsələsində daha da irəli gedə bilər”.
Yeniera.az “RİA”ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “TruthSocial” sosial media platformasında bildirib.
“Mən inanıram ki, Ukrayna Avropanın dəstəyi ilə bütün ilkin ərazisini geri ala bilər. Vaxt keçdikcə Avropanın, xüsusilə NATO-nun səbr və maliyyə dəstəyi ilə hər şeyin başladığı sərhədlər bir seçim ola bilər”, – Ağ Ev rəhbəri yazıb.
Leyla Cəfərova

