Fələstin prezidenti Mahmud Abbas Qəzza sülh planının həyata keçirilməsi üçün ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı, Fransa və BMT ilə əməkdaşlığa hazır olduğunu bəyan edibş
Yeniera.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, ədalətli sülh və daha geniş regional əməkdaşlıq üçün əsas ola bilər.
Abbas bu barədə BMT Baş Assambleyasında çıxışında bildirib.
“HƏMAS dövlətin idarə olunmasında heç bir rol oynamayacaq. Həmas və digər qruplar silahlarını Fələstin Milli Administrasiyasına təhvil verməyə məcbur olacaqlar”, – Abbas deyib.
“Xalqımızın bütün əzablarına baxmayaraq, biz HƏMAS-ın oktyabrın 7-də İsrail vətəndaşlarını hədəf alaraq və onları girov götürdüyünü rədd edirik, çünki bu hərəkətlər Fələstin xalqını təmsil etmir və onların azadlıq və müstəqillik uğrunda ədalətli mübarizəsini əks etdirmir”, – Abbas videomüraciətində deyib.
Leyla Cəfərova

