Rusiyanın Maliyyə Nazirliyi xarici ölkələrdən gətirilən mallara əlavə dəyər vergisi (ƏDV) tətbiq etməyi təklif edib.
Yeniera.az bu barədə Rusiya KİV-ə istinadla xəbər verir.
Sənədə əsasən, 2027-ci ildən Rusiyaya gətirilən xarici məhsullara 5% ƏDV tətbiq ediləcək. 2028-ci ildə bu göstərici 10%-ə, 2029-cu ildə isə 15%-ə yüksələcək. 2030-cu ildən etibarən isə verginin 20%-ə çatdırılması nəzərdə tutulur.
Vergini həm xarici satıcılar, həm də Rusiyada fəaliyyət göstərən və xarici məhsul satan onlayn ticarət platformaları ödəyəcək.
Qeyd olunur ki, bu yenilik gömrük rüsumundan azad edilən məbləğlər çərçivəsində EİİT (Avrasiya İqtisadi İttifaqı) ərazisinə gətirilən mallara da şamil ediləcək. Təklifin qəbul olunacağı halda, xarici malların qiymətinin Rusiyadakı onlayn bazarlarda nəzərəçarpacaq dərəcədə artacağı bildirilir.
Leyla Cəfərova

