Türkiyədə 6.1 bal gücündə zəlzələ baş verib.
Yeniera.az xəbər verir ki, məlumatı AFAD açıqlayıb.
Belə ki, zəlzələ saat 19:53-də 6,1 bal gücündə qeydə alınıb, episentri Balıkəsirdə Sındırgı rayonunda olub.Zəlzələnin 11 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Zəlzələ İzmir, Kütahya, Yalova, İstanbul, Manisa, Uşak, Aydın, Əskişəhər, Sakarya və Tekirdağ, eləcə də mərkəzi Balıkəsir vilayətində hiss olunub.
Türkiyənin daxili işlər naziri Yerlikaya Balıkəsirdə baş verən zəlzələdə dağıntılar altından xilas edilən bir nəfərin öldüyünü, 29 nəfərin yaralandığını açıqlayıb.

