Rusiyanın Krasnoyarsk şəhərində “KrasAvia” aviaşirkətinə məxsus An-24 tipli təyyarə sındırılmış yan şüşə ilə uğurlu eniş edib.
Yeniera.az xəbər verir ki, bu barədə məlumatı Qərbi Sibir Nəqliyyat Prokurorluğu öz “Telegram” kanalında yayıb.
Məlumata görə, təyyarə Svetloqorsk–Krasnoyarsk (Çeremşanka) marşrutu üzrə uçuş həyata keçirib. Təyyarədə 37 sərnişin və 5 ekipaj üzvü olub. Şüşənin ekipaj kabinəsində çatladığı bildirilib.
Zərərçəkənlərin olmadığı qeyd olunur. Hazırda prokurorluq hadisənin səbəblərini araşdırır.
Leyla Cəfərova

