Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Hava kəskin dəyişəcək – bu tarixdə…
  • Pay torpaqları əhalidən alınmayacaq – “Narahatlıqların heç bir əsası yoxdur”
  • Rus generaldan Bakıya SENSASİON xəbərdarlıq – Nə baş verir?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Maraqlı»Maşınında 87 kilo narkotik tapılan sürücü necə bəraət aldı? – Detallar

Maşınında 87 kilo narkotik tapılan sürücü necə bəraət aldı? – Detallar

Maraqlı Emin Farzaliyev28.01.2026 - 11:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Maşınında 87 kilo narkotik çıxan sürücü – Necə bəraət aldı?

Beynəlxalq yükdaşımaları ilə məşğul olan sürücü külli miqdarda qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamlarından bəraət alıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 34 yaşlı sürücü Zeynal Tağızadə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirsiz elan edilib.

İstintaq materiallarına əsasən, Z.Tağızadənin İrandan Rusiyaya DAF markalı yük maşınında daşıdığı bibər yükünün içərisində 87 kiloqram narkotik vasitə aşkar edilib. Cinayət faktı “Cənub-Astara” gömrük postunda yoxlama zamanı müəyyənləşdirilib. Belə ki, yük maşını rentgen qurğusundan keçirilərkən yalnız bibər daşınmadığı məlum olub. Xüsusi təlim keçmiş gömrük iti vasitəsilə bibərlərin arasında gizlədilmiş narkotik maddə dolu bağlamalar aşkar edilib.

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində aparılan istintaqla Z.Tağızadə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda qaçaqmalçılıq və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Təqsirləndirilən şəxs başına gələnlərlə bağlı məhkəmədə sərbəst ifadə verib. Zeynal deyib ki, uzun illərdir beynəlxalq yükdaşımalarla məşğul olsa da, ilk dəfədir belə halla rastlaşır. Onun sözlərinə görə, bunun səbəbi cinayətdən xəbərsiz olmasıdır. Başına gələn bu oyunun günahkarı isə iranlı Nəviddir: “Azərbaycanda mənim kimi sürücü işləyən Elmar adlı dostum var. Zəng elədi ki, sən İrandasansa, bir nəfər bibər yükü göndərmək istəyir, onu götür Rusiyaya apar. Mən də razılaşıb həmin iranlı Nəvidlə görüşdüm. 290 min rus rublu (red: təxminən 6500 manat) qarşılığında yükü daşımağa razılıq verdim. Navid məni əmin etdi ki, yük ancaq bibərdən ibarətdir. “Cənub-Astara” gömrük postuna çatanda isə maşını saxladılar. Yoxlama zamanı bibərlərin arasından narkotik dolu bağlamalar tapıldı. Gözümə inanmadım. And-aman elədim ki, narkotikdən xəbərim yoxdur. Buna baxmayaraq, tutulub cinayət məsuliyyətinə cəlb edildim. Bəli, maşında narkotik olub, amma mən bunu bilməmişəm”.

Maşına baxış keçirən gömrük inspektoru və hal şahidinin ifadələri isə Zeynalın günahsız olması ilə bağlı düşüncələri daha da möhkəmləndirib.

Gömrük inspektoru bildirib ki, maşınından narkotik vasitə tapılanda təqsirləndirilən şəxsin təəccübləndiyini görüb. Öz təcrübəsinə əsasən sürücünün davranışından onun həqiqətən də idarə etdiyi nəqliyyat vasitəsindəki yükün içərisində narkotik olmasından xəbərsiz olduğunu demək olar. Şahid sürücünün mal yüklənərkən açdırmaq səlahiyyətinin olmadığını da məhkəmənin diqqətinə çatdırıb. Hal şahidi də bənzər ifadə verərək Zeynalın maşınında narkotik olmasından xəbərsiz olduğunu hiss etdiyini deyib.

Məhkəmənin əsas götürdüyü bir başqa sübut isə narkotik vasitənin yük maşınında peşəkarlıqla gizlədilməsi və təqsirləndirilən şəxsin yükə baxış keçirsəydi belə, onu vizual olaraq görə bilməyəcəyi olub. Bütün bu əsaslarla Esmira Məmmədovanın sədrlik etdiyi hakimlər təqsirləndirilən şəxsin günahsız olduğunu təsdiq ediblər.

Hökmə əsasən, Zeynal Tağızadəyə bəraət verilib. Bəraət alması ilə bağlı ona təzminat tələb etmək hüququnun olduğu da izah edilib.

Bənzər Xəbərlər

12.06.2026 - 23:20Ariz Əhədov

Hava kəskin dəyişəcək - bu tarixdə...

12.06.2026 - 23:10Ariz Əhədov

Pay torpaqları əhalidən alınmayacaq - "Narahatlıqların heç bir əsası yoxdur"

12.06.2026 - 22:55Ariz Əhədov

Rus generaldan Bakıya SENSASİON xəbərdarlıq - Nə baş verir?

12.06.2026 - 18:35Ariz Əhədov

Netanyahu İlham Əliyevi təbrik etdi

12.06.2026 - 18:31Ariz Əhədov

Prezident fərman imzaladı

12.06.2026 - 18:07Ariz Əhədov

“Facebook” və “Instagram” çökdü

12.06.2026 - 16:30Ariz Əhədov

Tanınmış bloger canlı yayım zamanı VƏFAT ETDİ

12.06.2026 - 16:18Ariz Əhədov

Bu rayonlarda ehsan ləğv olunub — SİYAHI

12.06.2026 - 16:11Ariz Əhədov

Vüsal Aslanovun müşaviri rəhbər təyin edildi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 753

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 342

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 057

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 290
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.