Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8907
  • 100 RUB 2.1118
  • GBP 2.2601
  • TRY 0.0341
  • CNY 0.2549
  • GEL 0.6551
  • 100 KZT 0.3723
  • UAH 0.0372
  • AED 0.4628
Hadisə

Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?

Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?

Oktyabrın 29-da “Real TV”nin əməkdaşları paytaxtın Yasamal rayonunda 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə bağlı çəkiliş apararkən hücuma məruz qalıblar.

YENİERA.az xəbər verir ki, telekanalın müxbiri Nigar Namiqin sözlərinə görə, şagirdləri hücuma təşviq edən şəxs məktəbin qarovulçusu olub.

“Əməkdaşımız naməlum şəxslər tərəfindən təpikləndi, başından və üzündən xəsarətlər aldı. Biz vəzifəmizi yerinə yetirib, üstəlik həssas məsələ olduğu üçün etik çərçivələr daxilində çəkiliş aparan zaman belə bir halla qarşılaşdığımız üçün çox təəssüf edirəm. Şəkildəki kişi, qırmızı gödəkçəli oğlan da daxil olmaqla bir neçə nəfəri provokasiya edərək bizim hücuma məruz qalmağımıza şərait yaratdı. Bir də gördüm ki, əməkdaşımız təpiklənir, tapdalanır.

Mənim onları aralaşdırmağa gücüm çatmadı. Əlimdən yalnız özümü itirməyib “102”yə məlumat vermək gəldi. Bu zaman da kənardan nə məktəb işçiləri, valideynlər müdaxilə etdi, nə də jurnalistlər. İnsident törədənləri polis saxladı”, – deyə jurnalist bildirib.

Paylaş: