Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Həkimin ölməsi ilə bağlı məlumat yalandır” – Rəsmi
  • Ana və bacısını qətlə yetirən Kainat – Cəzadan azad edildi
  • Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Pensiya artımı ilə bağlı yeni detallar: Kim nə qədər alacaq?

Pensiya artımı ilə bağlı yeni detallar: Kim nə qədər alacaq?

Cəmiyyət Emin Farzaliyev29.01.2026 - 13:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Qanunvericiliyə görə pensiyalar ildə bir dəfə artır və bu da növbəti ilin yanvarında olur. Əmək pensiyalarının hər il indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” qanunun tələbidir.

Yeniera.az Unikal.az-a istinadən xəbər verir ki, bunu deputat Əli Məsimli deyib.

Onun sözlərinə görə, fevral ayının birinci dekadası ərzində pensiyaların nə qədər artırılacağı barədə sərəncam veriləcək. “Əmək pensiyaları haqqında” qanunun 29-cu maddəsinin 1-ci bəndinə əsasən, əmək pensiyasının sığorta hissəsi ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir.

Deputat bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, orta əməkhaqqı 2025-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artıb və pensiya artımının da təxminən 9–9,2 faiz səviyyəsində olacağı gözlənilir.

Onun sözlərinə görə, indeksləşdirmədən sonra pensiyaçıların böyük hissəsinin aldığı pensiyalar orta hesabla 30–50 manat arasında artacaq. Artım yaşa görə, ailə başçısını itirməyə görə və əlilliyə görə əmək pensiyası alanların hamısına şamil ediləcək və təxminən 1,1 milyon nəfəri əhatə edəcək.

Ə.Məsimli qeyd edib ki, yanvar ayı üzrə artımlar fevral ayında ödəniləcək pensiya ilə birlikdə veriləcək. Yəni, pensiyaçılar fevralda həm yanvar, həm də fevral ayının artımını birlikdə alacaqlar.

Deputat həmçinin bildirib ki, sığortaolunanların fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı da 2026-cı ildə 5,6 faiz səviyyəsində indeksləşdiriləcək.

Bənzər Xəbərlər

01.05.2026 - 17:25Ariz Əhədov

“Həkimin ölməsi ilə bağlı məlumat yalandır” - Rəsmi

01.05.2026 - 17:10Ariz Əhədov

Ana və bacısını qətlə yetirən Kainat - Cəzadan azad edildi

01.05.2026 - 16:15Ariz Əhədov

Qurban Qurbanovun əsas heyətdən qovduğu oyunçu Belçikaya getdi

01.05.2026 - 16:03Ariz Əhədov

Maştağadakı ruhi dispanserin xəstələri QAÇIB? – RƏSMİ AÇIQLAMA

01.05.2026 - 15:38Ariz Əhədov

Saleh Məmmədov pul ayırmır - Aylardır maaşsız qalıblar

01.05.2026 - 15:25Ariz Əhədov

Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu

01.05.2026 - 15:12Ariz Əhədov

Partlayışda yaralanan həkim vəfat etdi - FOTO

01.05.2026 - 14:52Ariz Əhədov

Buraxılış imtahanları ilə bağlı QAYDA DƏYİŞDİ – Bu ildən etibarən...

01.05.2026 - 14:40Ariz Əhədov

Sabiq rəis azadlığa buraxıldı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 323

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 106

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 960

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 183
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.