Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7006
  • EUR 1.9041
  • 100 RUB 2.1048
  • GBP 2.2738
  • 100 TRY 3.4205
  • CNY 0.2547
  • GEL 0.6547
  • 100 KZT 0.3769
  • 100 UAH 3.7556
  • AED 0.4631
Hadisə

Deputatın oğlunun da iştirak etdiyi qətl hadisəsinin yeni görüntüləri – VİDEO

Deputatın oğlunun da iştirak etdiyi qətl hadisəsinin yeni görüntüləri – VİDEO

Bakının Xətai rayonunda restoranda 43 yaşlı kişinin bıçaqlanaraq öldürülməsi ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib.

YENİERA.az xəbər verir ki, hadisə oktyabrın 23-də saat 00:10-da General Şıxlinski küçəsində yerləşən restoranlardan birində baş verib. C.Mirağayev aldığı bıçaq xəsarətlərindən ölüb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu, Xəyyam Səfixanov, Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirdikləri və mütəmadi olaraq qanunsuz fəaliyyətlə məşğul olduqları müəyyən edilib.

Onların hədə-qorxu ilə pul tələb etmək, kriminal dairələrdə nüfuz qazanmaq, tələblərinə tabe olmayan şəxsləri cəzalandırmaq və odlu, eləcə də soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurmaq məqsədilə cinayətkar birlik yaratdıqları və onun fəaliyyətində iştirak etdikləri bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə bütün halların, saxlanılanların hər birinin cinayətdə iştirakının, cinayətkar birliyin fəaliyyət istiqamətləri və əlaqələrinin müəyyən edilməsi məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Deputatın oğlunun da iştirak etdiyi qətl hadisəsinin yeni görüntüləri - VİDEO

Paylaş: