Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Həkimin ölməsi ilə bağlı məlumat yalandır” – Rəsmi
  • Ana və bacısını qətlə yetirən Kainat – Cəzadan azad edildi
  • Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»İctimai nəqliyyatda güzəştlər bu şəxslərə şamil ediləcək – AÇIQLAMA

İctimai nəqliyyatda güzəştlər bu şəxslərə şamil ediləcək - AÇIQLAMA

Gündəm Ariz Əhədov30.01.2026 - 22:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“İctimai nəqliyyatda tarif siyasəti yalnız gediş haqqının məbləği ilə məhdudlaşmamalı, sosial ədalət və istifadə intensivliyi prinsiplərinə əsaslanmalıdır. Hazırda ölkədə faktiki olaraq yalnız azyaşlı uşaqlar üçün gediş haqqından azadolma tətbiq olunur”.

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc taksi bazarı üzrə apardığı müqayisəli təhlil zamanı bildirib.

Onun sözlərinə görə, ictimai müzakirələr göstərir ki, tələbələr, təqaüdçülər, aztəminatlı vətəndaşlar, eləcə də gün ərzində nəqliyyatdan dəfələrlə istifadə edən şəxslər üçün əlavə güzəştlərə ciddi ehtiyac var:

“Bu baxımdan ən məqsədəuyğun addımlardan biri aylıq və illik abonement kartlarının tətbiqidir. Belə kartlar həm vətəndaşlar üçün daha sərfəli, həm də dövlət üçün maliyyə baxımından effektiv mexanizmdir. Dünya təcrübəsi göstərir ki, abonement sistemi büdcəyə vəsaitin əvvəlcədən daxil olmasını təmin edir və ictimai nəqliyyatın davamlılığını gücləndirir. Azərbaycanda bu sistemin indiyədək tətbiq olunmaması nəqliyyat siyasətində ciddi boşluq kimi qiymətləndirilə bilər.

Eyni zamanda tələbələr və təqaüdçülər üçün dövlətin sosial öhdəliklərinə uyğun olaraq diferensial tariflərin tətbiqi zəruridir. Bu, həm sosial müdafiəni gücləndirər, həm də gənclərin və yaşlıların ictimai nəqliyyata çıxışını asanlaşdırar”.

AQC sədri əlavə edib ki, digər mühüm məsələ isə transfer gedişləridir:

“Qonşu Türkiyə və bir sıra Avropa ölkələrində tətbiq edilən sistemə əsasən, müəyyən vaxt intervalı ərzində edilən ikinci və sonrakı gedişlər daha ucuz tariflə hesablanır. Bu modelin Bakı üçün də tətbiqi xüsusilə metro–avtobus və avtobus–avtobus keçidlərində sərnişinlərə ciddi üstünlük verə bilər.

Bununla yanaşı, ictimai nəqliyyatda nağd ödənişlərin tamamilə aradan qaldırılması və bütün sistemin elektron, nağdsız ödəniş üzərindən qurulması artıq müasir şəhər standartlarının tələbidir. Bu, həm şəffaflığı artırar, həm də xidmət keyfiyyətini yüksəldər.

Ümumilikdə aylıq və illik kartların tətbiqi, sosial qruplar üçün güzəştlər, transfer gedişlərində endirimlər və nağdsız ödənişlərin təşviqi ictimai nəqliyyatdan istifadəni daha cəlbedici edə bilər. Bu isə şəxsi avtomobillərdən asılılığın azalmasına, nəticə etibarilə şəhərdə tıxacların mərhələli şəkildə aradan qaldırılmasına real töhfə verə bilər”.

Bənzər Xəbərlər

01.05.2026 - 17:25Ariz Əhədov

“Həkimin ölməsi ilə bağlı məlumat yalandır” - Rəsmi

01.05.2026 - 17:10Ariz Əhədov

Ana və bacısını qətlə yetirən Kainat - Cəzadan azad edildi

01.05.2026 - 16:15Ariz Əhədov

Qurban Qurbanovun əsas heyətdən qovduğu oyunçu Belçikaya getdi

01.05.2026 - 16:03Ariz Əhədov

Maştağadakı ruhi dispanserin xəstələri QAÇIB? – RƏSMİ AÇIQLAMA

01.05.2026 - 15:38Ariz Əhədov

Saleh Məmmədov pul ayırmır - Aylardır maaşsız qalıblar

01.05.2026 - 15:25Ariz Əhədov

Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu

01.05.2026 - 15:12Ariz Əhədov

Partlayışda yaralanan həkim vəfat etdi - FOTO

01.05.2026 - 14:52Ariz Əhədov

Buraxılış imtahanları ilə bağlı QAYDA DƏYİŞDİ – Bu ildən etibarən...

01.05.2026 - 14:40Ariz Əhədov

Sabiq rəis azadlığa buraxıldı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 327

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 110

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 961

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 184
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.