Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Həmin uşağın valideynləri tapıldı
  • Xəzərdə zəlzələ oldu
  • Çində fişəng fabrikində partlayış – 21 ölü, 61 yaralı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»ŞAD XƏBƏR! Milli Məclis maaşlarla bağlı QƏRAR QƏBUL ETDİ

ŞAD XƏBƏR! Milli Məclis maaşlarla bağlı QƏRAR QƏBUL ETDİ

İqtisadiyyat Ariz Əhədov13.02.2026 - 13:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Parlament Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını son oxunuşda qəbul edib.

YENİERA.az xəbər verir ki, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin yaz sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.

Dəyişikliyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Qeyd edilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əməkhaqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir.

Bu xüsusda, Dünya Bankı Qrupunun “Business Ready” hesabatında qanunvericiliyin minimum əməkhaqqının dövri yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil edilib.

Qeyd olunanlar nəzərə alınaraq Baş nazirin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2025-ci il 19 fevral tarixində təsdiq edilmiş “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı “Əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması” tədbirinin icrasını təmin etmək məqsədilə Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurətindən irəli gələn qanun layihəsi hazırlanıb.

Bildirilib ki, layihənin qəbulu ölkədə sosial müdafiənin effektiv aləti sayılan minimum əmək haqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək və sözügedən hesabatda qeyd olunan sualla bağlı ölkənin bal itirilməsi səbəbi aradan qalxacaq.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bənzər Xəbərlər

05.05.2026 - 10:10Ariz Əhədov

Həmin uşağın valideynləri tapıldı

05.05.2026 - 09:00Ariz Əhədov

Çində fişəng fabrikində partlayış - 21 ölü, 61 yaralı

05.05.2026 - 00:03Ariz Əhədov

Rusiya Ermənistana qoşun yeridir? - Medvedevdən ŞOK AÇIQLAMA

04.05.2026 - 23:35Ariz Əhədov

TƏCİLİ! Putin atəşkəs elan etdi

04.05.2026 - 23:20Ariz Əhədov

Bu rayonlara 6 ay istilik veriləcək - SİYAHI

04.05.2026 - 23:00Ariz Əhədov

İyunda 10 gün iş olmayacaq - TARİXLƏR

04.05.2026 - 22:41Ariz Əhədov

Mübariz Yunus qiraət gecəsi: 3 May və şəhidlər anılıb

04.05.2026 - 21:50Ariz Əhədov

Nazirlik hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

04.05.2026 - 21:40Ariz Əhədov

Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 319

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 093

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 967

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 183
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.