Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7004
  • EUR 1.9061
  • 100 RUB 2.0970
  • GBP 2.2754
  • 100 TRY 3.4208
  • CNY 0.2542
  • GEL 0.6547
  • 100 KZT 0.3775
  • 100 UAH 3.7632
  • AED 0.4630
Gündəm

Mərkəzi Bankın "sıfır"ını görməzdən gəldilər, 9 milyonluq biznesi 437 minə "Yelo Bank"a ötürdülər – Şok detallar!

Mərkəzi Bankın “sıfır”ını görməzdən gəldilər, 9 milyonluq biznesi 437 minə “Yelo Bank”a ötürdülər – Şok detallar!

Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında olan Ramiz Mehdiyevin illərlə bu ölkənin sahibkarlarına, milli biznesinə qarşı hansı qanunsuzluqları, hansı reket üsullarını həyata keçirdiyi mətbuatı izləyən kimsəyə sirr deyil. 2007-ci ildə “Tovuz Baltiya” şirkət də “boz kardinal”ın sərhədsiz iştahına tuş gəlib. O gün, bu gün!
“Yelo bank” Azərbaycanı xaricdə yüksək səviyyədə təmsil edən “Tovuz Baltiya”nın yaxasından əl çəkmir!

(əvvəli burada)

3 milyon güzəştli kredit üçün 300 min verməlisən!

Bir müddət sonra Zaur Abıyev daha bir tələb irəli sürür: 3 milyonluq güzəştli kreditin verilməsi üçün sahibkardan 300 min manat nağd vəsait tələb edir! Sahibkar bu məbləği ödəməkdən imtina edir. Bundan sonra “Tovuz Baltiya” əməkdaşlarının “Yelo Bank”a girişi qadağan olunur, dünənə qədər barışıq üçün sahibkara yalvaran Zaur Abıyev zənglərə cavab vermir.

WhatsApp Image 2026-10-24 at 10.03.20.jpeg (16 KB)

Yenə məhkəmələr başlayır, “Yelo Bank” məğlub olur, 100 min kompensasiya ödəməyə məcbur olur

Sahibkar aldadıldığını anlayıb 1 saylı Bakı İnzibati Məhkəməsinə 2 iddia təqdim edir. Birinci iddiasında “Yelo Bank”dan əsas kredit müqaviləsi üzrə güzəştli kredit ayrılmasını tələb edir.
Digər iddiası ilə “Yelo Bank”ın “Kizlyar Konyak Zavodu”na yazdığı böhtan və yalanlarla dolu uydurma məktubuna hüquqi qiymət verilməsini, işgüzar nüfuzuna vurulmuş ziyanın kompensasiya olunmasını istəyir.
Birinci iddia ilə bağlı Zaur Abıyev məhkəməyə qarşılıqlı iddia ərizəsi verir. Ərizədə istədikləri, ağıllarına gələn dəbbə, cərimə, faizləri yazıb hesablamaqla guya sahibkarın banka 1 milyon 500 min manat borcunun olduğunu iddia edirlər.
Absurd odur ki, qarşılıqlı iddia verilərkən iş materiallarında Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışın olması da “Yelo Bank”ı narahat etmir. Həmin çıxarışdan sahibkarın “Yelo Bank”a sıfır manat borcunun olması aydın görünür.
Burada qısa arayış verək və aydınlaşdıraq ki, banklar hər ayın 1–3 tarixlərində Azərbaycan Mərkəzi Bankına elektron və kağız üzərindən aylıq hesabat verir. Hesabatda məbləğindən və müddətindən asılı olmayaraq müştərilərinin kredit öhdəlikləri ilə bağlı məlumatlar yer alır. “Yelo Bank”ın Azərbaycan Mərkəzi Bankına verdiyi hesabatda da “Azər-Frans” MMC-nin sıfır borcu olduğu görünür. Yəni “Yelo Bank”ın qarşılıqlı iddiasını təşkil edən 1 milyon 500 min manatlıq borc tələbinin yalan olması Azərbaycan Mərkəzi Bankına elə “Yelo Bank” tərəfindən təqdim olunan və Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilmiş hesabatdan da görünür.
Hakim Aidə Hüseyn tərəflərin əsas kredit müqaviləsinin icrası ilə bağlı iş üzrə sənəd-sübutlarını araşdırır, 26.04.2016-cı il tarixli №2-2 (81-55/2) saylı ədalətli qətnamə çıxarır. “Yelo Bank”ın qarşılıqlı iddiası rədd edilir, sahibkarın iddiası təmin olunur.

“Yelo Bank”ın apellyasiya şikayəti də rədd olunur

Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə şikayət verir. Məhkəmənin hakimi Valeh Ağayev №2-2 103-498/2016 saylı qətnaməsi ilə “Yelo Bank”ın apellyasiya şikayətini rədd edir.

WhatsApp Image 2026-10-24 at 10.03.19.jpeg (286 KB)

“Yelo Bank” böhtana görə 100 min manat cərimələnir

Sahibkarın digər – “Yelo Bank” sədrinin “Kizlyar Konyak Zavodu”na yazdığı böhtan dolu məktubla bağlı 1 saylı Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi iddiasını hakim Vüsalə Baxışova araşdırır. Sahibkar işgüzar nüfuzuna vurulmuş ziyanın kompensasiya olunmasını tələb edir. Hakim Vüsalə Baxışova iddianı əsaslı sayır, №2 İQT “81” – 3034/2014 saylı qətnamə ilə cavabdeh “Yelo Bank” ASC-дən “Tovuz Baltiya” MMC-nin xeyrinə 100 min manat zərər əvəzi tutulmasını qət edir.

“Belə məktub yazmamışıq” dedilər, üzə dayandılar, böhtan adlandırdılar və ifşa olundular!

“Yelo Bank” qətnamədən apellyasiya şikayəti verir. 4 il uzanan məhkəmə çəkişmələri başlayır. “Yelo Bank” məhkəmədə israrla zavoda məktub yazılması faktını danır, onlara böhtan atıldığını iddia edirlər. Hətta bunu əsas gətirməklə məhkəmədən sahibkar Naiq Məmmədhəsənovun barəsində onlara böhtan atdığına görə xüsusi qərardad çıxarılması haqda vəsatət verirlər.

Belə olan halda, sahibkar hakim Həmid Həmidova müraciət edərək məhkəmənin 3 gün təxirə salınmasını, həmin məktubun “Kizlyar Konyak Zavodu”ndan alınaraq məhkəməyə təqdim olunması üçün vaxt istəyir. Hakim sahibkara 3 gün vaxt verir. O, bu müddətdə “Kizlyar Konyak Zavodu”na müraciət edərək Vasili Xamazanın “Tovuz Baltiya”nın istehsalı olan yüksək keyfiyyətli konyak spirti barəsindəki böhtan dolu məktubun əslini alıb ölkəyə gətirir.

Qadın notariusa da şər atdılar, yenə də ifşadan yayına bilmədilər

Məktubun surəti Bakıda 13 saylı Notariat Kontorunda çıxarılmaqla orada çalışan notarius Kəmalə Hüseynzadə tərəfindən təsdiq olunur. Sahibkar həmin məktubu məhkəməyə təqdim edəndən sonra “Yelo Bank” rəhbərliyi daha bir qanunsuzluğa əl atır. Notarius Kəmalə Hüseynzadə barəsində hüquq-mühafizə orqanlarına müraciət etməklə guya onun saxta məktubu təsdiqlədiyini iddia edirlər. Notarius həmin gün saxlanılır və 5–6 saatlıq yoxlamadan sonra “Yelo Bank” rəhbərliyinin öz məkrli planının baş tutması üçün növbəti böhtana əl atdığı üzə çıxır, o, sərbəst buraxılır.

Bank sədri tərəfindən göndərilmiş böhtan dolu məktubun əsli məhkəməyə təqdim olunmasına baxmayaraq, hakim Həmid Həmidov iddianı təmin etmir. Sahibkar Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verir. Ali Məhkəmənin hakimi Kəmaləddin Bədəlov bankın həmin məktubunu sahibkarın işgüzar nüfuzuna vurulan ziyan kimi qiymətləndirir. Bu ziyana görə “Yelo Bank”dan 50 min 20 manat təzminat tutulması haqda 26.07.2017-ci il tarixli (iş №2-2(102)-291/17) ədalətli qərar verir. Qərarın dərhal icrası üçün icra vərəqəsi də təqdim olunur.

Больше не работает: Tovuz-baltiya Ltd, алкогольные напитки, Баку, улица Шамси Бадалбейли, 96 — Яндекс Карты

“Yelo Bank” Prokurorluğa üz tutur, amma özü ifşa olur

“Yelo Bank” məhkəmələrdə uduzduğunu görüb bu dəfə saxta borc iddiası ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət verir. Şikayətində guya “Azər-Frans”a verilmiş 863 min manatlıq kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyini, 1 manat olsun belə banka ödəmədiyini yazır.

Prokurorluq iş üzrə həqiqətin üzə çıxması üçün audit keçirilməsi barədə qərar verir. Keçirilmiş auditlə müəyyən olunur ki, bank kredit müqaviləsi üzrə sahibkarın hesabından faiz borcu adı ilə borclardan əlavə olaraq 73 min 434 manat artıq vəsait silib!

“Yelo Bank” Zaur Abıyevin simasında həm Bakıdakı məhkəmələrdə, həm də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istəyinə nail ola bilmir. Çıxış yolu kimi iddialarını ucqarlara daşımağı qərara alırlar. Bundan sonra “Tovuz Baltiya”nın qara günləri başlayır.

Bakıdan 450 kilometr aralıda: “dərə xəlvət, tülkü bəy”

Sahibkar Naiq Məmmədhəsənov öz doğma rayonunda, 37 il müddətində qurub-yaratdığı, yüzlərlə yerli sakinə iş yeri açdığı Tovuzda məhkəmə burulğanına salınır. Hakimlər sadəcə rəsmi və mötəbər sübutları iqnor edir, “Yelo Bank”dan verilən maliyyə arayışlarını Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrindən olan sıfır borc hesabatından üstün tuturlar.
Zaur Abıyev uzun yazışmalardan sonra 1 milyon 500 min manatlıq kredit tələbinə Tovuz Rayon Məhkəməsində baxılmasına nail olur.

WhatsApp Image 2026-10-24 at 10.03.17 (2).jpeg (27 KB)
Burada qeyd edək ki, “Yelo Bank” Bakıda keçirilən məhkəmə proseslərinin hər birindən uduzan tərəf kimi ayrıldığı halda, paytaxtdan 450 kilometr aralıda, ucqar Tovuz Rayon Məhkəməsində istədiyi qətnamələrlə ayrıla bilir.

“Yelo Bank” Tovuz Rayon Məhkəməsinə “Azər-Frans” MMC-nin guya 863 min manat əsas borcu və 714 min manat faizi olmaqla cəmi 1 milyon 577 min manat borclu olması, həmin borcun tutulmasına dair iddia təqdim edir.

Sahibkar “Yelo Bank”ın iddiasının absurd olmasını məhkəmənin diqqətinə çatdırmaq üçün Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrindən elektron çıxarışı, “ASAN xidmət”dən həmin çıxarışın kağızda verilmiş nüsxəsini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təyin etdiyi audit rəyini də təqdim edir. Düşünür ki, “daşdan keçən” bu sübut-dəlillər varkən, heç bir məhkəmə olmayan milyon yarımlıq kredit tələbini təmin etməz.

Tovuz Rayon Məhkəməsinin hakimi Nofəl Mustafayev iş üzrə ilkin məhkəmə-mühasibatlıq ekspertizası təyin edir. Sahibkar sübut-dəlilləri sadalamaqla ekspertizanın təyin olunmasına etiraz edir. Hakim etirazı gözardı etməklə ekspert qarşısında iddia olunan borcun olub-olmaması, dəqiqləşdirilməsi üçün suallar qoyur, ekspertizanın keçirilməsi üçün 1 ay müddət verir.

Ekspert məhkəməyə verdiyi vəsatətlə “Yelo Bank”dan “Azər-Frans”ın bankda kreditinin mövcudluğunu yeganə təsdiqləyən hüquqi sənəd – müvafiq ssuda hesablarından çıxarışların alınaraq ona təqdim olunmasını tələb edir. Lakin “Yelo Bank” 14 ay ərzində məhkəməyə həmin tələb olunan çıxarışı təqdim etməkdən boyun qaçırır. Hakim qərarında ekspertiza üçün 1 ay müddət müəyyən etsə də, bankın 14 aylıq süründürməçiliyinə irad bildirmir. Müvafiq sənədlər bank tərəfindən məhkəmə vasitəsilə ekspertə təqdim edilmədiyindən iddia olunan 1 milyon 500 min manatlıq borcun müəyyənləşməsi mümkünsüz olur. Ekspert bu haqda №28452 saylı rəy verir. Yəni bankın borcla bağlı iddiası sübut olunmur.

Hakim Nofəl Mustafayev bankın müvafiq sənədləri təqdim etməməsi üzündən ekspert rəyinin verilməsinin mümkünsüz hala gəlməsinə, bankın hoqqabazlığına sona qədər göz yumur.

Növbəti dəfə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunur. Bu dəfə də 7 ay ərzində “Yelo Bank” ssuda hesablarından çıxarışları məhkəməyə təqdim etməkdən yayınır. Sənədlər təqdim olunmadığından bankın iddiasında göstərdiyi borc məbləği ilə bağlı rəyin verilməsi yenə də mümkünsüz olur. Bu haqda növbəti №9/4462 saylı rəy verilir.

Bank 2 ekspert rəyi ilə saxta iddia məbləğinin təmin olunmadığını, eləcə də sahibkarın məhkəməyə təqdim etdiyi Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrindən elektron çıxarış, “ASAN xidmət”dən kağızda təsdiq olunmuş nüsxə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təyin etdiyi audit rəyi ilə iddiasının mötəbər sənədlərlə təkzib olunduğunu anlayır.

“Yelo Bank”ın iddiası futbol topu olsaydı, çoxdan cırılardı…

1 milyon 500 min manatlıq saxta və əsassız iddialarının təmin edilməyəcəyini görüncə, “Yelo Bank” Tovuz Rayon Məhkəməsinə növbəti əsassız vəsatət verir. Vaxt beləliklə uzadılır, günlər aylara, aylar illərə çevrilir. “Tovuz Baltiya”nın “Kizlyar Konyak Zavodu” ilə 4 milyon 200 min avroluq müqaviləsi də məhkəmələrin uzanması üzündən gerçəkləşmir. Ramiz Mehdiyevin ələ keçirə bilmədiyi yüksək keyfiyyətli konyak spirti Kizlyara da gedib çatmır ki, çatmır. Əsassız məhkəmə iddiaları üzərindən sabotaj davam edir.

Zaur Abıyev Tovuz Məhkəməsinə vəsatətində işin Gəncə Kommersiya Məhkəməsinə ötürülməsini tələb edir. Uzun yazışmadan sonra buna nail olur. Gəncə Kommersiya Məhkəməsinin hakimi aidiyyət məsələsini aydınlaşdırmaq üçün Ali Məhkəməyə sorğu verir. Ali Məhkəmə iddiaya Gəncə Kommersiya Məhkəməsində deyil, Tovuz Rayon Məhkəməsində baxılmalı olması haqda qərar verir. Belədə daha bir neçə ay ötürülür, iş yenidən Tovuz Rayon Məhkəməsinin baxışına qaytarılır. Bu dəfə iş hakim Zaur Hümmətovun icraatına verilir. Hakim hazırlıq iclasında belə bir absurd fikir səsləndirir: “İş üzrə 2 dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmasına, iş materiallarında rəy vermək üçün kifayət qədər sübutlar olmasına baxmayaraq rəy verilməyib. Ekspert qarşısında qoyulmuş sualları tam həll etmədiyindən, aparılmış tədqiqatdakı boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalı və aparılması başqa ekspertə həvalə olunmalıdır”. Yəni hakim bu fikirləri ilə işdəki Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrindən elektron çıxarışı, “ASAN xidmət”dən həmin çıxarışın kağızda təsdiq olunmuş nüsxəsini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təyin etdiyi audit rəyini bir kənara qoyduğunu faktiki olaraq elan edir.

Eyni qərarda hakim müstəqil qiymətləndiricinin rəyinin alınaraq ipoteka predmetinin likvid dəyərinin müəyyən olunacağını da göstərir. 13 iyul 2022-ci ildə hakim Zaur Hümmətov №2(062-1400/22) saylı qərardadda əlavə məhkəmə-mühasibatlıq ekspertizasının və müstəqil qiymətləndiricinin cəlb olunmasını yazır.

(Davamı olacaq)

E.Məmmədəliyev,
Musavat.com

Paylaş: