Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi
  • Kallas sabah Azərbaycana gəlir
  • Həkim olmayan Bünyamin Hüseynov yenidən fəaliyyət başladı? Estetik əməliyyatları hansı qiymətə edir…-Videofakt
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? - Ali Məhkəmədən açıqlama

Gündəm Ariz Əhədov18.02.2026 - 15:42
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ali Məhkəmə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında şəxsi yazışmaların toxunulmazlığı ilə bağlı məsələlərə dair yeni xüsusi mövqelər sərgiləyib.

YENIERA.az xəbər verir ki, Plenum qərarında bu hüququn hər kəsin yazışma, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatlarının sirrini qorumağa təminat verdiyi qeyd olunub.

Şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanunazid əldə olunması, istifadəsi və ya yayılması şəxsi toxunulmazlıq hüququnun pozuntusu hesab edilir.

Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

O da qeyd edilməlidir ki, hüquqi mübahisələrin həlli ilə bağlı həmin mübahisənin tərəfləri yalnız öz aralarında olan yazışmaları məhkəməyə və ya mübahisəni həll edən digər səlahiyyətli quruma (mediasiya, arbitraj və s.) sübut qismində təqdim edə bilərlər. Həmin tərəflər digər şəxslərlə olan yazışmaları öz hüquqi mübahisələrinin həllində sübut kimi təqdim edə bilməzlər.

Xüsusi olaraq qeyd edilməlidir ki, istənilən yazışmanın media və ya internet şəbəkələrində qarşı tərəfin razılığı olmadan paylaşılması və ya hər hansı digər formada yayılması qadağandır, bu hal şəxsiyyət hüquqlarına qanunsuz müdaxilə olmaqla mənəvi zərərin yaranma əsası hesab edilir.

Plenum qərarında həm də göstərilib ki, şəxsin vatsap yazışmalarının onun xəbəri olmadan müxtəlif vasitələrdən istifadə edilməklə izlənilməsi qadağandır. Yalnız valideyn yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyətli olmayan uşağının telefonuna onun razılığı olmadan baxa bilər.

Bənzər Xəbərlər

04.05.2026 - 12:25Ariz Əhədov

Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi

04.05.2026 - 10:11Ariz Əhədov

Türkiyənin vitse-prezidenti İrəvandadır - Foto

04.05.2026 - 09:43Ariz Əhədov

Prezident İrəvandakı sammitə onlayn qoşulacaq

04.05.2026 - 01:07Ariz Əhədov

Rüşvət iddiası: Bu şəxslərin adı hallanır

30.04.2026 - 13:50Ariz Əhədov

Metronun yeni stansiyası bu ərazidə olacaq - Video

30.04.2026 - 12:11Ariz Əhədov

Prezident çempion güləşçiləri qəbul etdi - Fotolar - Yenilənib

30.04.2026 - 10:25Ariz Əhədov

Fariz Murtuzov rəhbər vəzifəyə gətirildi 

29.04.2026 - 22:08Ariz Əhədov

Ramiz Mehdiyevin ŞOK görüntüləri yayıldı – İlk dəfə… – VİDEO

29.04.2026 - 20:25Ariz Əhədov

Kəmaləddin Heydərov rəis müavini təyin etdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 301

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 082

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 959

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 177
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.