Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8548
  • 100 RUB 2.0745
  • GBP 2.2166
  • TRY 0.0336
  • CNY 0.2552
  • GEL 0.6555
  • 100 KZT 0.3731
  • UAH 0.0376
  • AED 0.4628
Cəmiyyət

Fevralın 26-da qaz kəsiləcək – Bu ərazilərdə

Fevralın 26-da qaz kəsiləcək – Bu ərazilərdə

Sabah saat 09:00-da Balakəndə 1 920 abonentin qaz təchizatı dayandırılacaq.

YENİERA.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsindən (RQİİ) məlumat verilib.

Bildirilib ki, qaz təchizatının dayandırılması rayon ərazisində Katex QPS-də bir ədəd RVQ G-400 tipli və Katex kəndində iki ədəd G-400 tipli balans qovşaqlarının quraşdırılması ilə əlaqədardır. Görülən işlərlə bağlı 1 912 əhali, səkkiz qeyri-əhali abonentin qaz təchizatı dayandırılacaq.

Qaz təchizatının verilməsi quraşdırma işlərindən sonra bərpa ediləcək.

Paylaş: