Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8548
  • 100 RUB 2.0745
  • GBP 2.2166
  • TRY 0.0336
  • CNY 0.2552
  • GEL 0.6555
  • 100 KZT 0.3731
  • UAH 0.0376
  • AED 0.4628
Dünya

Polşa Rusiya ilə münasibətlərdə gərginliyin artmasına imkan vermək istəmir

Polşa Rusiya ilə münasibətlərdə gərginliyin artmasına imkan vermək istəmir

Polşa Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Maciej Vevyur Rusiya ilə münasibətlərdə gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

YENİERA.AZ xəbər verir ki, bu barədə PAP agentliyi məlumat yayıb.

Vevyurun sözlərinə görə, Polşanın əsas vəzifəsi təhlükəsizliyi təmin etmək və eskalasiyaya yol verməməkdir.

Bundan əvvəl Rusiya səfiri Qriqori Mixno Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb Rusiya raketlərinin Polşanın hava məkanını pozduğu ilə bağlı Varşavanın iddiaları olub.

Noyabrın 20-də Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ölkənin cənub-şərqində iki raketin və bir pilotsuz uçuş aparatının düşdüyünü, onların Polşanın hava məkanını pozduğunu bildirmişdi.

Hadisədən sonra Polşa “Patriot” zenit-raket komplekslərini döyüş hazırlığı vəziyyətinə gətirib.

Polşa tərəfi baş verən hadisələr fonunda təhlükəsizlik tədbirlərini gücləndirsə də, rəsmi Varşava Rusiya ilə münasibətlərdə hərbi və diplomatik eskalasiyanın qarşısını almağın vacibliyini bəyan edir.

YENİERA.AZ

Paylaş: