Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9094 ▲0.0004
  • 100 RUB 2.0358 ▲0.0068
  • GBP 2.2657 ▲0.0041
  • TRY 0.0343
  • CNY 0.2545 ▲0.0004
  • GEL 0.6546 ▼0.0004
  • 100 KZT 0.3752 ▼0.0003
  • UAH 0.0379
  • AED 0.4628
Dünya

“NATO ABŞ-yə kömək etməsə, onu çox pis gələcək gözləyir”

“NATO ABŞ-yə kömək etməsə, onu çox pis gələcək gözləyir”
WASHINGTON, DC - MARCH 06: U.S. President Donald Trump looks on during a roundtable discussion on college sports in the East Room of the White House on March 06, 2026 in Washington, DC. The Trump administration held the roundtable titled "Saving College Sports" with leaders from the Power Four conferences, media executives and former coaches. (Photo by Anna Moneymaker/Getty Images)

“Əgər NATO-ya üzv dövlətlər Hörmüz boğazının blokadasının aradan qaldırılmasında ABŞ-yə kömək etməsələr, alyansı çox pis gələcək gözləyir”.

YENİERA.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“NATO deyilən bir təşkilat var. Biz indiyədək çox xeyirxah davranmışıq. Biz onlara (NATO üzrə müttəfiqlərə – red.) Ukrayna məsələsində kömək etməli deyildik. Ukrayna bizdən minlərlə kilometr uzaqlıqdadır. Amma biz kömək etdik. İndi görək onlar bizə kömək edəcəklərmi? Çünki mən çoxdan deyirəm ki, biz onlara kömək etməyə hazırıq, amma onlar bizimlə olmağa hazır deyillər. Onların bizimlə olacaqlarına da əmin deyiləm”, – Tramp deyib.

O, istənilən növ yardımda, o cümlədən regiona minatəmizləyən gəmilərin göndərilməsində maraqlı olduqlarını qeyd edib. ABŞ lideri həmçinin Avropa ölkələrinin xüsusi təyinatlılarının Fars körfəzində dronlar buraxan və ya minalar yerləşdirən İran hərbçilərinin zərərsizləşdirilməsi üçün istifadə oluna biləcəyini diqqətə çatdırıb.

“Biz onlara çox güclü zərbələr endiririk. Onlara boğazda mövcud olan kiçik problemləri aradan qaldırmaqdan başqa heç nə qalmır. Avropalılar bundan (Hörmüz boğazı vasitəsilə gəmiçilikdən – red.) faydalanırlar və onlar nizam-intizamı qorumaqda bizə kömək etməlidirlər. Biz onlara kömək edəcəyik. Amma onlar da orada olmalıdırlar”, – Tramp əlavə edib.

Ağ Evin rəhbəri İranın hərbi imkanlarının faktiki olaraq məhv edildiyini, bu səbəbdən NATO üzvləri Hörmüz boğazına hərbi gəmilər göndərəcəkləri təqdirdə yalnız minimal risklə üzləşəcəklərini iddia edib.

Paylaş: