Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Məleykə Abbaszadə DİM-dən gedir – Yerinə bu şəxs gələcək – FOTO
  • Pensiyalarla bağlı mühüm xəbər: 10 faiz artım…
  • Bu icra hakimiyyətində yoxlamalar aparıldı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Süni intellekt məhkəmədə ilk qələbəsini qazandı

Süni intellekt məhkəmədə ilk qələbəsini qazandı

Dünya Ariz Əhədov24.06.2026 - 09:15
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

İngiltərə məhkəmə sistemində ilk dəfə süni intellekt tərəfindən hazırlanmış hüquqi müdafiə uğurla nəticələnib. Süni intellekt hüquq şirkətinin hazırladığı iş sənədləri əsasında aparılan prosesdə məhkəmə iddiaçının xeyrinə qərar verib.

Yeniera.az xəbər verir ki, İngiltərədə insan resursları üzrə müstəqil məsləhətçi kimi çalışan bir şəxs 7 min funt-sterlinqlik borcunu geri almaq üçün süni intellekt hüquq platformasına təxminən 400 funt-sterlinq ödəyərək hüquqi xidmət alıb.

Ötən ilin aprelində Vəkillərin Tənzimləmə Şurası (SRA) tərəfindən təsdiqlənən süni intellekt sistemi məhkəməyədək bütün hüquqi sənədləri və müdafiə materiallarını müstəqil şəkildə hazırlayıb. Sistem qarşı tərəfin peşəkar hüquq firmasının təqdim etdiyi arqumentlərə cavab verib, dörd şahid ifadəsi və üç saatlıq məhkəmə iclası üçün geniş sənəd paketi tərtib edib.

İşə Londondakı Vandsvort Rayon Məhkəməsində baxılıb və məhkəmə iddiaçının xeyrinə qərar çıxararaq, borcun ödənilməsinə hökm verib.

Süni intellekt hüquq şirkətinin həmtəsisçisi Filip Yanq bu qərarı ədalət mühakiməsinə çıxış baxımından tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, kiçik biznes sahibləri çox vaxt məhkəmə xərcləri tələb olunan məbləği üstələdiyi üçün hüquqlarını müdafiə etməkdən imtina edirlər. Süni intellekt isə hüquqi xidmətlərin dəyərini əhəmiyyətli dərəcədə azaltmaqla bu problemi aradan qaldıra bilər.

İşi qazanan şəxs də bildirib ki, adi qaydada bu prosesi aparmaq həm baha, həm də uzun və stresli olacaqdı. Süni intellektin təqdim etdiyi hüquqi dəstək sayəsində isə hüquqlarını daha rahat müdafiə edə bilib.

Məhkəmədə iddiaçını təmsil edən vəkil Dominik Li qeyd edib ki, süni intellekt işi son dərəcə dəqiq və sistemli hazırlayıb. O vurğulayıb ki, məhkəmə zalında çıxış etmək, hakim qarşısında arqumentləri təqdim etmək və prosesi idarə etmək hələ də insan vəkilin əsas üstünlüyü olaraq qalır.//Qafqazinfo

Bənzər Xəbərlər

28.08.2026 - 23:46Gülnar Əliyeva

Məleykə Abbaszadə DİM-dən gedir - Yerinə bu şəxs gələcək - FOTO

28.08.2026 - 23:43Gülnar Əliyeva

Pensiyalarla bağlı mühüm xəbər: 10 faiz artım...

28.08.2026 - 23:22Gülnar Əliyeva

Bu icra hakimiyyətində yoxlamalar aparıldı

28.08.2026 - 22:38Gülnar Əliyeva

Bu bürclərin üzünə bəxt qapıları açılır

28.08.2026 - 22:15Gülnar Əliyeva

Yavər Abbasov direktor müavini təyin edildi

28.08.2026 - 22:00Gülnar Əliyeva

Azərbaycanda kredit borcları ilə bağlı həyəcan siqnalı - Nə baş verir?

28.08.2026 - 21:20Gülnar Əliyeva

Elvira Hacıbalayeva vəzifəsindən azad edildi

28.08.2026 - 21:00Gülnar Əliyeva

“Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - Deputatdan ŞOK ETİRAF - VİDEO

28.08.2026 - 20:53Gülnar Əliyeva

Bakının bu hissəsində binalar sökülə bilər

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 915

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 993

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 950

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 761
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.