Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Qarabağ”dan 2.7 milyonluq transfer – Artıq Bakıdadır
  • Kəmaləddin Heydərov FHN işçiləri ilə bağlı YENİ QƏRAR İMZALADI- Korrupsiya halları…
  • “NATO sammitinə Ərdoğana görə gedəcəyəm” – Video
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»VİDEO XƏBƏRLƏR»Bakıda vətəndaş narıncı “iPhone” aldı, indi rəngi dəyişir – Video

Bakıda vətəndaş narıncı “iPhone” aldı, indi rəngi dəyişir - Video

VİDEO XƏBƏRLƏR Ariz Əhədov25.06.2026 - 10:15
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bakıda müştərinin aldığı “iPhone 17 Pro” markalı telefon ona problem yaradıb. 

Bu barədə “Qafqazinfo”ya S.Məmmədova adlı vətəndaş müraciət edib.

Onun sözlərinə görə, təxminən 6 aydır işlətdiyi telefonun korpusu rəngini dəyişməyə başlayıb. Vətəndaş bildirib ki, “iPhone”un trend olan narıncı rəngindən alıb, amma bir müddət sonra heç bir kənar müdaxilə və ya təsir olmadan həmin narıncı çəhrayı tona keçməyə başlayıb: “Cari ilin dekabr ayında “Baku Electonics”in Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki filialından telefon aldım. Ən çox sevdiyim isə yeni çıxan narıncı rəngi idi. Lakin bir neçə ay sonra fərqinə vardım ki, narıncı rəng çəhrayıya çevrilir…”

S.Məmmədova bunu görən kimi satıcı şirkətə müraciət edib: “Onlara bunu bildirdikdə dedilər ki, “Apple”ın problemidir. Gülməli haldır ki, biz məhz bu telefonların rənginə görə artıq ödəniş edirik. Rənglərə görə qiymət də dəyişir. Bəs, niyə o zaman belə bir problem yaranır?”

Şikayətçi əlavə edib ki, zaman keçdikcə telefonun bütün korpusunun rəngini dəyişəcəyindən və görüntünün daha qeyri-estetik olacağından da narahatdır. 

İddialarla əlaqədar “Baku Electonics”lə əlaqə saxlasaq da, rəsmi cavab ala bilmədik.

Məlumat üçün bildirək ki, “iPhone 17 Pro”nun “cosmic orange” rəngində çəhrayılaşma iddiaları bir müddət əvvəl dünya mediasında da gündəm olmuşdu. Məlumatlara görə, bəzi cihazlarda narıncı rəng zaman keçdikcə çəhrayı və ya rose-gold çalarına doğru dəyişir. Başqa bir istifadəçi isə cəmi dördgünlük “iPhone 17 pro” cihazında kamera hissəsinin gün işığında çərçivədən daha tünd göründüyünü bildirib. Mütəxəssislər mümkün səbəblər arasında peroksid tərkibli təmizləyici vasitələrin istifadəsini və ya uzunmüddətli ultrabənövşəyi (UV) şüalara məruz qalmanı göstərirlər.

Maraqlıdır ki, “iPhone 17 pro” seriyasının digər daha solğun rəng variantlarında bu problem müşahidə olunmayıb. “Apple” hələlik bununla bağlı rəsmi açıqlama verməyib.

Bununla belə, bəzi istifadəçilər “Apple Support” tərəfindən cihazlarının yoxlanıldıqdan sonra yenisi ilə əvəz edildiyini bildiriblər.

Bənzər Xəbərlər

25.06.2026 - 11:05Ariz Əhədov

“NATO sammitinə Ərdoğana görə gedəcəyəm” - Video

25.06.2026 - 10:53Ariz Əhədov

Bakının mərkəzində avtomobil yandı - Video

25.06.2026 - 00:33Ariz Əhədov

Sabah bu ərazilərdə işıq olmayacaq

24.06.2026 - 23:42Ariz Əhədov

Hava dəyişir: 5 gün yağış yağacaq - Bu tarixlərdə 

24.06.2026 - 22:56Ariz Əhədov

Dolğu etdirən qadınlarda çürümə amputasiya həddinə çata bilər - XƏBƏRDARLIQ

24.06.2026 - 21:40Ariz Əhədov

Bu şəxslərin imtahan nəticələri ləğv edildi

24.06.2026 - 16:57Emin Farzaliyev

"Zevs"in qardaşına hökm oxundu

24.06.2026 - 16:53Emin Farzaliyev

Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

24.06.2026 - 16:49Emin Farzaliyev

Biləsuvarın xüsusi notariusu vərəsəlik saxtakarlığına görə məhkum edildi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 783

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 198

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 355

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 064
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.