Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9000 ▼0.0019
  • 100 RUB 2.1118 ▲0.0195
  • GBP 2.2769 ▲0.0009
  • TRY 0.0340
  • CNY 0.2557 ▲0.0004
  • GEL 0.6561 ▲0.0010
  • 100 KZT 0.3743 ▼0.0010
  • UAH 0.0375
  • AED 0.4628
Cəmiyyət

Qurban Bayramov vəfat etdi – FOTO

Qurban Bayramov vəfat etdi – FOTO

Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Qurban Bayramov vəfat edib.

YENİERA.az xəbər verir ki, Qurban Bayramov 2 noyabr 2026-cı il tarixində, səhər saat 05:00 radələrində dünyasını dəyişib.

Bu barədə mərhumun nəvəsi sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, babası Azərbaycan Yazıçılar Birliyinin, Respublika Qarabağ Ağsaqqallar Şurasının və Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü olub. Qurban Bayramov filologiya üzrə fəlsəfə doktoru olmaqla yanaşı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.

Mərhumun nəvəsi paylaşımında babasının vəfatından dərin kədər hissi keçirdiyini bildirərək onu dualarda yad etməyi xahiş edib:

“Dərin hüznlə bildirirəm ki, əziz babam BAYRAMOV QURBAN FƏRMAN OĞLU bu gün – 2 noyabr 2026-cı il tarixində, səhər saat 5 radələrində Haqqın rəhmətinə qovuşub.

İnnə lilləhi və innə ileyhi raciun. Həqiqətən, biz Allaha məxsusuq və Ona qayıdacağıq.

Allah babama rəhmət eləsin, məkanını cənnət, qəbrini nurla dolu etsin. Sizdən onu dualarınızda yad etməyinizi xahiş edirəm”./medianews.az/

Paylaş: