Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “İdrak” liseyində şagird müəllimi buna görə güllələyibmiş
  • Nurlana Əliyeva VƏFAT ETDİ
  • Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Manşet»Bu qanuna dəyişiklik edildi – 1 iyuldan…

Bu qanuna dəyişiklik edildi - 1 iyuldan...

Manşet Ariz Əhədov29.06.2026 - 18:07
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin aparat işçilərinin statusu rəsmən ali dövlət qulluğu təsnifatına daxil edilib, həmçinin səlahiyyətli nümayəndə və müavininin yeni vəzifə maaşları təyin olunub.

Yeniera.az xəbər verir ki, Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi, onun müavinləri və nümayəndəliyin aparatı rəsmən dövlət qulluğu orqanlarının sisteminə daxil edilib. Yeni tənzimləmə ilə qanunvericiliyə “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi” vəzifəsi əlavə olunub. Dəyişikliklər 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.

Həmçinin, dövlət başçısı “Dövlət qulluğu haqqında” Qanunun tətbiqi və bununla əlaqədar bəzi fərmanlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsinin vəzifə maaşı 14850 manat, onun müavininin vəzifə maaşı isə 12650 manat olaraq təsdiqlənib. Bununla əlaqədar, dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələrində müvafiq struktur dəyişiklikləri aparılıb.

Sənədlə “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na edilən əlavələrə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyində şöbə müdiri, şöbə müdirinin müavini, nümayəndənin köməkçisi, həmçinin sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi vəzifələri inzibati təsnifata daxil edilib. Eyni zamanda, toplunun bəzi köhnə bəndləri qüvvədən düşüb.

Nazirlər Kabineti qanunvericilik aktından irəli gələn digər məsələləri həll etməlidir. Fərman 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.

Bənzər Xəbərlər

01.07.2026 - 12:13Gülnar Əliyeva

Hərbi xidmətə çağırış başladı

01.07.2026 - 11:20Gülnar Əliyeva

İlham Əliyev onları TƏBRİK ETDİ

01.07.2026 - 09:45Gülnar Əliyeva

Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib

30.06.2026 - 17:40Gülnar Əliyeva

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

29.06.2026 - 19:20Ariz Əhədov

Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - Fotolar

29.06.2026 - 11:03Ariz Əhədov

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

29.06.2026 - 10:53Ariz Əhədov

Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət

26.06.2026 - 00:30Ariz Əhədov

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı - Paylaşım

25.06.2026 - 23:53Ariz Əhədov

Azərbaycan-Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 804

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 216

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 359

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 066
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.