Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7011
  • EUR 1.9051
  • 100 RUB 2.1019
  • GBP 2.2720
  • 100 TRY 3.4193
  • CNY 0.2545
  • GEL 0.6547
  • 100 KZT 0.3765
  • 100 UAH 3.7378
  • AED 0.4632
Siyasət

Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE

Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE

Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.

YENİERA.az xəbər verir ki, o, 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsili fərqlənmə ilə bitirib.

2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. 2025-ci ilin yanvar ayından hazırkı təyinatına qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib. İyulun 23-də ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Sahib Rzayev İstintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Penitensiar xidmətə rəis təyin edilib.

Paylaş: