Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezident Pezeşkianla görüşünə dair paylaşım etdi
  • O da TƏBİB-dən getdi – Qərar
  • Fərid Əhmədov onu vəzifəsindən azad etdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»İrandan Hörmüz boğazının açılması üçün – Şərt

İrandan Hörmüz boğazının açılması üçün - Şərt

Dünya Gülnar Əliyeva29.08.2026 - 10:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“ABŞ İslamabad sazişinin şərtlərini yerinə yetirsə, Hörmüz boğazı açıla bilər”.

Yeniera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian dövlət televiziyasına açıqlamasında deyib.

O bildirib ki, Omanla Hörmüz boğazından keçid üçün tranzit marşrutu ilə bağlı razılıq əldə olunub.

Prezidentin sözlərinə görə, ABŞ 17 iyunda Pakistanın vasitəçiliyi ilə imzalanan anlaşma memorandumunda nəzərdə tutulan öhdəlikləri yerinə yetirərsə, boğazın açılması mümkündür.

İran Prezidenti Omanla aparılan müzakirələr zamanı Hörmüz boğazının “razılaşdırılmış xəritə əsasında” yenidən açılması ilə bağlı razılıq əldə edildiyini bildirib.

Pezeşkian deyib ki, Hörmüz boğazı üçün hazırlanan yol xəritəsi Ali Lider Ayətullah Müctəba Xameneiyə təqdim edilib və İnqilab Keşikçiləri, hərbi qüvvələr və danışıqlar qrupunun nümayəndələri tərəfindən qəbul olunub.

İran Prezidenti əlavə edib ki, marşrut müəyyən edilmiş çərçivəyə uyğun şəkildə açılacağı təqdirdə ABŞ də öz öhdəliklərini yerinə yetirməlidir.

Onun sözlərinə görə, Vaşinqton dəniz blokadasını və sanksiyaları ləğv etməli, dondurulmuş İran aktivlərini azad etməli və İsrailə Livandakı hərbi fəaliyyətini dayandırması üçün təzyiq göstərməlidir.

Pezeşkian İranın Pakistan, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Misir, Azərbaycan və Türkmənistanla ortaq anlaşma yaratmaq istədiyini də açıqlayıb.

“Bunun üçün zəmin hazırdır; sadəcə baxışlarımızı düzəltməliyik”, – İran Prezidenti əlavə edib.

Bənzər Xəbərlər

31.08.2026 - 17:25Gülnar Əliyeva

O da TƏBİB-dən getdi - Qərar

31.08.2026 - 17:12Gülnar Əliyeva

Fərid Əhmədov onu vəzifəsindən azad etdi

31.08.2026 - 16:50Gülnar Əliyeva

Azərbaycanda həkim vəfat etdi

31.08.2026 - 16:38Gülnar Əliyeva

Yüksək vəzifə verilən Nərmin Ələkbərova kimdir?

31.08.2026 - 16:25Gülnar Əliyeva

"Qəbələ"nin yeni baş məşqçisi bilindi

31.08.2026 - 16:00Gülnar Əliyeva

Qəzada ölən sürücü vəzifəli şəxs imiş - Foto

31.08.2026 - 15:03Gülnar Əliyeva

Xəzərdə gəzinti qayığı qayaya çırpıldı - Ölənlər və yaralananlar var

31.08.2026 - 14:50Gülnar Əliyeva

Məşhur mağazanın keçmiş rəhbəri həbs edildi - 285 min manatlıq dələduzluq

31.08.2026 - 14:38Gülnar Əliyeva

Bakıda hoteldə ÖLÜM: kişinin ürəyi dayandı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 941

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 011

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 966

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 770
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.