Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8907
  • 100 RUB 2.1118
  • GBP 2.2601
  • TRY 0.0341
  • CNY 0.2549
  • GEL 0.6551
  • 100 KZT 0.3723
  • UAH 0.0372
  • AED 0.4628
Hadisə

Bağçada uşağın qanından psixotrop maddə tapıldı – RƏSMİ AÇIQLAMA

Bağçada uşağın qanından psixotrop maddə tapıldı – RƏSMİ AÇIQLAMA

Bakı şəhəri 98 nömrəli bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Yeniera.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Lent.az-ın sorğusuna cavab olaraq, bildirilib ki, qeyd edilən məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi vurğulanıb.

İddiaya görə, bağçaya gedən uşağın hərəkətlərində anlaşılmazlıq hiss edildikdən sonra ailəsi həkimə müraciət edib və analizlərin cavabına əsasən, onun qanında psixotrop dərman aşkarlanıb.

Paylaş: