Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezident fərman imzaladı
  • “Sabah” “Mançester Yunayted”ə qarşı
  • Azərbaycanda zəlzələ oldu
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»TƏCİLİ XƏBƏRDARLIQ: Dəhşətli virus AŞKARLANDI – Dərmanı və peyvəndi YOXDUR

TƏCİLİ XƏBƏRDARLIQ: Dəhşətli virus AŞKARLANDI - Dərmanı və peyvəndi YOXDUR

Dünya Gülnar Əliyeva09.09.2026 - 01:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) 3 nəfərdə Qərbi Nil virusu aşkarlanıb.

Yeniera.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bu barədə ŞKTC Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, onlardan 2-si yuxarı tənəffüs yolları infeksiyası, boğaz ağrısı, qızdırma və halsızlıq şikayətləri ilə xəstəxanaya müraciət edib. Aparılan müayinələr nəticəsində hər iki şəxsin Qərbi Nil virusuna yoluxduğu müəyyənləşib.

Xəstəxanada müalicə alan 2 nəfərin vəziyyətinin əvvəlki günlə müqayisədə yaxşılaşdığı, həyati təhlükələrinin olmadığı və sağlamlıq durumlarının nəzarətdə saxlanıldığı bildirilib.

Virus aşkarlanan üçüncü şəxsin isə heç bir sağlamlıq şikayətinin olmadığı qeyd edilib.

Qan analizləri zamanı aparılan müayinələrdə həmin şəxsin Qərbi Nil virusu testinin pozitiv çıxdığı, lakin səhhətində hər hansı mənfi halın müşahidə olunmadığı vurğulanıb.

Səhiyyə Nazirliyi Qərbi Nil qızdırmasının Culex növü ağcaqanadların dişləməsi ilə insanlara keçən xəstəlik olduğunu açıqlayıb.

Virusa yoluxan şəxslərin böyük əksəriyyətində heç bir əlamət özünü büruzə vermir. Lakin bəzi hallarda yüksək hərarət, şiddətli baş ağrısı, halsızlıq, əzələ və oynaq ağrıları, qusma, səpgi və limfa düyünlərinin şişməsi kimi əlamətlər meydana çıxa bilər.

Nadir hallarda isə virus mərkəzi sinir sisteminə təsir edərək ensefalit və ya meningit kimi ciddi xəstəliklərə yol açır. Bu riskin xüsusilə yaşlı insanlarda və immun sistemi zəif olan şəxslərdə daha yüksək olduğu bildirilib.

Nazirlik insanlar üçün hazırlanan Qərbi Nil qızdırması peyvəndinin və ya virusa birbaşa təsir edən xüsusi dərmanın mövcud olmadığını açıqlayıb. Xəstəliyin müalicəsində dəstəkləyici üsullardan istifadə olunur.

Xəstəlikdən qorunmağın ən effektiv yolunun ağcaqanad dişləmələrindən qorunmaq olduğu vurğulanaraq vətəndaşlara aşağıdakı tövsiyələr verilib:

– Pəncərələrdə və qapılarda torlardan istifadə olunması
– Evin ətrafında yığılan suların mütəmadi olaraq boşaldılması
– Ağcaqanadların çox olduğu saatlarda uzunqol və açıq rəngli geyimlərə üstünlük verilməsi
– Ağcaqanad qovucu vasitələrdən yararlanılması

Musavat.com

Bənzər Xəbərlər

10.09.2026 - 11:00Gülnar Əliyeva

“Sabah” “Mançester Yunayted”ə qarşı

10.09.2026 - 10:38Gülnar Əliyeva

Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı

10.09.2026 - 10:25Gülnar Əliyeva

DİN əməliyyat keçirdi: Saxlanılanlar var

10.09.2026 - 10:12Gülnar Əliyeva

Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! – Xəbərdarlıq

10.09.2026 - 09:20Gülnar Əliyeva

Bu bürclər işdə uğur qazanacaq - Maaşları artacaq

10.09.2026 - 02:00Gülnar Əliyeva

Dəhşətli epidemiya nəzarətdən çıxdı – Ölənlərin sayı 3000-i ötdü

10.09.2026 - 01:25Gülnar Əliyeva

Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada 

10.09.2026 - 01:10Gülnar Əliyeva

Kadırovdan ŞOK XƏBƏRDARLIQ: "Saqqallarınızı qısaldın, çadranı yığışdırın"

10.09.2026 - 00:54Gülnar Əliyeva

Zöhrab Zeynallı vəfat etdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 984

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 051

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 981

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 789
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.