Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Mülki camaatla işimiz yoxdur” – Antiterror zamanı çəkilən kadrlardan danışdı+Video
  • Ruslar donuzdan sürətlə imtina edir – Hinduşkaya tələbat artdı, bu səbəbə görə
  • Azərbaycanda 160 manata torpaq sahəsi satılır
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Ramiz Mehdiyevin xanımı və oğlu ilə bağlı mühüm GƏLİŞMƏ

Ramiz Mehdiyevin xanımı və oğlu ilə bağlı mühüm GƏLİŞMƏ

Gündəm Gülnar Əliyeva17.09.2026 - 22:09
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinin onunla bağlı istintaqa cəlb edilməsi gündəmdədir.

Məlumata görə, qızı Kamilə Mehdiyeva, kürəkəni İlham Əliyev və gəlini Nigar Mehdiyeva istintaqda dindirilib, qarşıdakı məhkəmədə şahid qismində ifadə verəcəklər. Lakin həyat yoldaşı Qalina Mehdiyeva və oğlu Timur Mehdiyevin dindirilməsi və məhkəmədə şahid kimi ifadə verəcəkləri barədə məlumat yoxdur.

Bəs Timur Mehdiyev və Qalina Mehdiyeva niyə bu prosesdən kənarda saxlanılıb? Ümumiyyətlə, Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət tətbiq edilə bilərmi?

Yeniera.az bildirir ki, Globalinfo.az-a danışan hüquqşünas Əkbər Həsənov deyib ki, bu məsələ ilə bağlı konkret məlumat yoxdur:

“Lakin bu, onların istintaqda olmadığı anlamına gəlmir. Ola bilər ki, istintaq çərçivəsində onlarla bağlı hər hansı araşdırma aparılır, sadəcə bu barədə məlumatımız yoxdur. Həmçinin ola bilər ki, onların Ramiz Mehdiyevin ittiham olunduğu cinayət əməlləri barədə məlumatları yoxdur və buna görə də şahid qismində dindirilmirlər.

Ailə üzvlərinin və yaxınlarının hamısının mütləq şahid olması və nəsə bilməsi vacib deyil. Əgər başqa hal yoxdursa, böyük ehtimalla səbəb budur”.

Hüquqşünas bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır:

“Fikrimcə, Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar maliyyə-iqtisadi cinayətlərlə bağlı deyil. Bildiyim qədər, söhbət dövlət çevrilişi və digər bu xarakterli ittihamlardan gedir. Buna görə də belə əməllərdə ittiham olunan şəxsin ailə üzvlərinin gəlirlərinin araşdırılan cinayət işi ilə əlaqəsi olmaya bilər. Əgər həmin şəxs hər hansı iqtisadi cinayətlərdə də ittiham olunursa, bu halda ailə üzvlərinin maliyyə vəziyyətinin də araşdırılması mümkündür”.

Bənzər Xəbərlər

19.09.2026 - 01:45Gülnar Əliyeva

Ruslar donuzdan sürətlə imtina edir – Hinduşkaya tələbat artdı, bu səbəbə görə

19.09.2026 - 01:37Gülnar Əliyeva

Azərbaycanda 160 manata torpaq sahəsi satılır

19.09.2026 - 01:19Gülnar Əliyeva

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

19.09.2026 - 01:18Gülnar Əliyeva

ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı

18.09.2026 - 23:02Gülnar Əliyeva

=8p

18.09.2026 - 22:00Gülnar Əliyeva

Bu yol 2 gün bağlı olacaq - Sürücülərin nəzərinə!

18.09.2026 - 20:40Gülnar Əliyeva

Pensiyalar 10 faiz artıb - Nazirlik

18.09.2026 - 20:37Gülnar Əliyeva

“Beton Manalit İşləri” TikTok-da tikinti layihələrini nümayiş etdirir

18.09.2026 - 20:15Gülnar Əliyeva

Şahin Hüseynli vəzifələrindən azad edildi - Foto

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 058

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 094

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 023

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 816
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.