Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9090
  • 100 RUB 2.0290
  • GBP 2.2616
  • TRY 0.0343
  • CNY 0.2541
  • GEL 0.6550
  • 100 KZT 0.3755
  • UAH 0.0379
  • AED 0.4628
Hadisə

Kürdəmirdə iki yük avtomobili toqquşdu, ölən və yaralanan var

Kürdəmirdə iki yük avtomobili toqquşdu, ölən və yaralanan var

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YENİERA.az xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Mahmud Əliyevin idarə etdiyi “Isuzu” markalı yük avtomobili yol kənarında dayanmış “Mercedes” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində “Isuzu”nun sərnişini, 1980-ci il təvəllüdlü Taleh Cabbarov hadisə yerində həyatını itirib. Sürücü Mahmud Əliyev isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır./apa

Paylaş: