Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7004
  • EUR 1.9061
  • 100 RUB 2.0970
  • GBP 2.2754
  • 100 TRY 3.4208
  • CNY 0.2542
  • GEL 0.6547
  • 100 KZT 0.3775
  • 100 UAH 3.7632
  • AED 0.4630
Hadisə

Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu

Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu

Bakı şəhər Xətai rayonu, Əhmədli qəsəbəsindəki kafedə baş vermiş kütləvi dava-dalaşla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

DİN-in Mətbuat xidmətindən YENİERA.az-a bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra onlar bir-birilərinə bıçaqla hücum ediblər, odlu silahdan istifadəyə də cəhd göstərilib. Nəticədə, bir nəfər həyatını itirib.

Qətlə yetirilən Ceyhun adlı şəxsin “Ceyhun Sabunçu” kimi tanındığı bildirilir.

Paylaş: