Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7004
  • EUR 1.9061
  • 100 RUB 2.0970
  • GBP 2.2754
  • 100 TRY 3.4208
  • CNY 0.2542
  • GEL 0.6547
  • 100 KZT 0.3775
  • 100 UAH 3.7632
  • AED 0.4630
Dünya

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi – Açıqlama

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi – Açıqlama

Oktay Saral vəzifədən ayrıldığını təsdiqləyib.

YENİERA.az xəbər verir ki, türk jurnalist Talat Atilla Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini bildirib.

Jurnalist bildirib ki, Sarala zəng edərək vəzifədən azad edilib-edilmədiyini soruşub:

“Bəli. Postlarımızda daimi deyilik. Hörmətli Prezidentimiz məni vəzifəyə gətirdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – dedi.

“Azərbaycanla bağlı açıqlamalarınıza görəmi?” deyə soruşdum.

“Bəli, elə görünür”, – deyə cavab verdi. Ardınca bu ifadələri işlətdi:

“Əsas olan Türkiyə Cümhuriyyətidir. Əsas olan hörmətli Prezidentimizın uğurudur”.

Qeyd edək ki, Türkiyə KİV-də bir neçə saatdır Saralın vəzifədən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılır.

Paylaş: