Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7006
  • EUR 1.9041
  • 100 RUB 2.1048
  • GBP 2.2738
  • 100 TRY 3.4205
  • CNY 0.2547
  • GEL 0.6547
  • 100 KZT 0.3769
  • 100 UAH 3.7556
  • AED 0.4631
Siyasət

Ölkə başçısı Aleksandr Zuyevi qəbul etdi – Foto

Ölkə başçısı Aleksandr Zuyevi qəbul etdi – Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib.

YENİERA.az xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub, bu xüsusda ölkəmizin BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi ilə əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın terrorçuluqla mübarizəyə qlobal səviyyədə verdiyi töhfələr yüksək qiymətləndirilib.

Görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qlobal səviyyədə aktual mövzuların müzakirəsi üçün yaxşı imkan yaradacağı vurğulanıb, bu tədbirin nüfuzunun ilbəil artdığı qeyd edilib.

Paylaş: