Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8548 ▼0.0121
  • 100 RUB 2.0745 ▼0.0064
  • GBP 2.2166 ▼0.0118
  • TRY 0.0336
  • CNY 0.2552 ▲0.0005
  • GEL 0.6555 ▼0.0011
  • 100 KZT 0.3731 ▼0.0001
  • UAH 0.0376 ▼0.0002
  • AED 0.4628
Cəmiyyət

Gömrükdən şikayət edən vətəndaş CƏZALANDIRILA BİLƏR

Gömrükdən şikayət edən vətəndaş CƏZALANDIRILA BİLƏR

Noyabrın 20-də Dubay-Bakı aviareysi ilə gələn sərnişinlər, o cümlədən Azərbaycan Respublikası vətəndaşı Eldur Hüseynov Gömrük Məcəlləsinin 92-2.6-cı maddəsinə əsasən gətirdikləri əşyaların gömrük nəzarətindən keçirilməsi üçün gömrük baxışına dəvət olunublar.

Dövlət Gömrük Komitəsindən Ajans.az-a bildirilib ki, gömrük baxışı prosesində vətəndaş Eldur Hüseynov özü ilə gətirdiyi əşyaları gömrük nəzarətinə təqdim etməkdən imtina edib. Bununla da gömrük nəzarəti prosesini həyata keçirilməsini çətinləşdirib və kəskin surətdə aqressiya göstərməklə etiraz edib. Yaranmış hal əşyaların yoxlanması və eyniləşdirilməsində çətinliklər yaratdığından gömrük nəzarəti prosedurlarının gecikdirilməməsi məqsədilə ona məxsus əşyalar digər gömrük nəzarəti zonasına yönləndirilib.

Vətəndaş etik davranış qaydalarına riayət etmədiyindən müvafiq akt tərtib olunaraq hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bununla yanaşı, Eldur Hüseynovla Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bir neçə dəfə görüş keçirilib və məsələ ətraflı müzakirə edilərək gömrük qaydaları barədə ətraflı məlumat verilib.

Paylaş: