Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8548 ▼0.0121
  • 100 RUB 2.0745 ▼0.0064
  • GBP 2.2166 ▼0.0118
  • TRY 0.0336
  • CNY 0.2552 ▲0.0005
  • GEL 0.6555 ▼0.0011
  • 100 KZT 0.3731 ▼0.0001
  • UAH 0.0376 ▼0.0002
  • AED 0.4628
İqtisadiyyat

Vüqar Bayramov Kəlbəcərin iqtisadi artımından danışdı: “30 dəfədən çox böyüyüb”

Vüqar Bayramov Kəlbəcərin iqtisadi artımından danışdı: “30 dəfədən çox böyüyüb”

“Artıq Kəlbəcər bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Müzəffər Ali Baş Komandanımızın apardığı siyasət nəticəsində Kəlbəcər rayonu heç bir güllə atılmadan və şəhid verilmədən Azərbaycana qaytarıldı. Bu, Vətən müharibəsində əldə olunan tarixi qələbənin diplomatik, siyasi və belə desək, iqtisadi müstəvidə davamı kimi qiymətləndirilir”.

YENİERA.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov bildirdi.

Deputat qeyd etdi ki, 27 illik işğal müddətində Kəlbəcər rayonu tamamilə dağıdılmış, eyni zamanda, onun təbii ehtiyatları qeyri-leqal olaraq mənimsənilmişdir:İlkin qiymətləndirmələr göstərir ki, işğal nəticəsində Kəlbəcərə azı 10 milyard dollar ziyan dəyib:

“Amma artıq Kəlbəcər cənab Prezidentin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq bərpa, yenidənqurma və inkişaf mərhələsinə qədəm qoyub.

Kəlbəcər rayonu yalnız aqrar və turizm deyil, eyni zamanda, kifayət qədər böyük sənaye potensialına malikdir. Çünki Kəlbəcər rayonu Qafqazda ən çox təbii ehtiyatlara malik yaşayış məntəqələrindən biridir və bu da iqtisadi fəallığın bərpasına imkan yaradır”.

Onun sözlərinə görə, son beş ildə Kəlbəcər rayonu Cənubi Qafqazın ən dinamik inkişaf edən yaşayış məntəqələrindən biri hesab olunur:

“Əgər 2020-ci ildə iqtisadiyyatın əsas sahələri üzrə Kəlbəcər rayonunda məhsul buraxılışı cəmi 49 milyon manat idisə, artıq bu rəqəm 1,5 milyard manata çatıb. Bu isə o deməkdir ki, Zəfərdən sonra Kəlbəcər rayonunun iqtisadiyyatı 30 dəfədən çox böyüyüb.

2020-ci ildə Kəlbəcər rayonunun müəssisələri tərəfindən cəmi 224 min manatlıq sənaye məhsulu istehsal edilirdisə, hazırda Kəlbəcərdə 150 milyon manatlıq sənaye məhsulu istehsal olunur. Bu da Kəlbəcərin sənaye potensialını göstərən əsas faktlardan biridir. Eyni zamanda, bərpa və yenidənqurma işləri ilə əlaqədar Kəlbəcərdə tikinti sektorunda son beş ildə 165 dəfə artım qeydə alınıb. Bu da təkcə region üzrə deyil, qlobal miqyasda da bir yaşayış məntəqəsi üçün rekord göstəricilərdən hesab olunur”.

Millət vəkili vurğuladı ki, rəqəmlər son beş ildə həyata keçirilən fəaliyyətlərin nəticəsini göstərir və Kəlbəcərin təkcə təbii sərvətləri ilə deyil, bütövlükdə Cənubi Qafqazın əsas iqtisadi mərkəzlərindən birinə çevrilmək potensialı ilə seçildiyini deməyə əsas verir:

“Bütün bunlar bərpa və yenidənqurma işlərinin davam etməsindən, Kəlbəcər iqtisadiyyatının formalaşmasından və reinteqrasiya prosesindən xəbər verir. Həyat və gülüş yenidən Kəlbəcərə qayıdıb. Bu da iqtisadi inkişaf göstəricilərində öz təsdiqini tapır”.

Paylaş: