Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8669 ▲0.0003
  • 100 RUB 2.0809 ▲0.0072
  • GBP 2.2284 ▲0.0001
  • TRY 0.0336
  • CNY 0.2547 ▼0.0001
  • GEL 0.6566 ▲0.0002
  • 100 KZT 0.3732 ▼0.0045
  • UAH 0.0378
  • AED 0.4628
Maqazin

Dostəliyeva rəqs görüntülərinə görə tənqidlərə cavab verdi: “Özüm də pis oldum”

Dostəliyeva rəqs görüntülərinə görə tənqidlərə cavab verdi: “Özüm də pis oldum”

Xalq artisti Nazpəri Dostəliyeva toy məclislərindən birində musiqiçilərlə rəqs etdiyi görüntülərin gündəmə gəlməsindən sonra səssizliyini pozub.

YENİERA.AZ xəbər verir ki, sənətçi “Xəbər al”a açıqlamasında həmin anın əvvəlcədən planlaşdırılmadığını bildirib. O, uzun illər rəqs etmədiyini, musiqinin təsiri ilə özünü saxlaya bilməyərək oynamağa başladığını söyləyib.

“7 ildir oynamırdım, bir dəfə də rəqs etməmişdim. Həmin an özümdən asılı olmadı, qol qaldırıb oynadım. Rəqsdən sonra gedib balamdan üzr istədim. O rəqsi sonradan görəndə özüm də pis oldum. Qınayanların, şərh yazanların, məqsədyönlü paylaşımlar edənlərin fikirlərinə əhəmiyyət vermirəm. Məni xalqım çox istəyir. Amma həmin toyda iştirak edənlər də mənim övladlarım idi”, – deyə Xalq artisti bildirib.

Nazpəri Dostəliyeva ünvanına səsləndirilən tənqidlərin onu narahat etmədiyini vurğulayıb və xalqın sevgisinin onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Paylaş: