Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Ukrayna ilə müharibədə hərbi baxımdan üstünlük qazandığını bəyan edib.
YENİERA.AZ xəbər verir ki, Lukaşenko bu barədə Fransanın Le Point jurnalına müsahibəsində danışıb.
“Prezident Vladimir Putin cəbhədə qalib gəlir. Nə olursa-olsun, o, qalib gəlir”, – deyə Belarus lideri vurğulayıb.
Qeyd edək ki, Lukaşenko daha əvvəl Kiyev və Avropa İttifaqı (Aİ) ölkələrinin Ukrayna ilə bağlı sülh danışıqlarında əldə olunan bütün nailiyyətləri heçə endirdiyini bildirmişdi.
Onun sözlərinə görə, Avropanın mövqeyi səbəbindən tərəflər əvvəlki məsələlərə yenidən qayıtmalı və humanitar təşəbbüslər də daxil olmaqla, danışıqlarda ilkin addımları təkrar atmalı olurlar.

