Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Müdafiə Nazirliyi məlumat yaydı – VİDEO
  • SON DƏQİQƏ! Ağır qəza baş verdi: Xeyli sayda yaralı var
  • Qar yağıb, dolu düşüb
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Ali Məhkəmə: Mənəvi ziyanın ödənilməsi tələbini vərəsələr davam etdirə bilər

Ali Məhkəmə: Mənəvi ziyanın ödənilməsi tələbini vərəsələr davam etdirə bilər

Gündəm Ariz Əhədov29.08.2025 - 12:28
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ali Məhkəmənin Mülki kollegiyası mənəvi zərərin ödənilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Yeniera.az xəbər verir ki, iş üzrə iddiaçı həm maddi, həm də mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.

Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdehdən mənəvi təzminat və vəkil xərclərinin ödənilməsi barədə qərar verib. Lakin iddiaçı məhkəmə qətnaməsi qəbul edildikdən sonra vəfat edib.

Bu halda əsas hüquqi məsələ iddiaçının vəfat etməsinin mənəvi zərərin ödənilməsi tələbinə təsiri ilə bağlıdır.

Ali Məhkəmənin mövqeyinə görə, iddiaçı qətnamə qəbul edilənə qədər vəfat edərsə, iş üzrə icraata xitam verilə bilər. Lakin qətnamə qəbul edildikdən sonra iddiaçının ölümü işin icraatına maneə yaratmır və mənəvi zərərin ödənilməsi tələbi vərəsələr tərəfindən davam etdirilə bilər.

Mənəvi zərərin özü şəxsin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranan zərərdir və ilkin mərhələdə şəxsi hüquq kimi qəbul edilir. Lakin bu tələb hüquqi prosedur əsasında irəli sürüldükdən sonra, yəni iddiaçının məhkəməyə müraciəti və ya yazılı tələb göndərməsi ilə artıq hüquqi baxımdan əmlak xarakteri daşıyır. Bu da mənəvi zərərin ödənilməsi tələbinin şəxsin ölümündən sonra da vərəsələrə keçməsini mümkün edir.

Mülki Məcəllənin 1151.1-ci maddəsi də göstərir ki, miras qoyanın malik olduğu əmlak hüquqları və öhdəlikləri onun vəfatı ilə vərəsələrə keçir. Bu səbəbdən mənəvi zərərin ödənilməsi ilə bağlı iddialar da, əgər tələb müvafiq qaydada irəli sürülübsə, vərəsələr tərəfindən təqib edilə bilər.

Yekun olaraq vurğulamaq lazımdır ki, mənəvi zərərin ödənilməsi tələbi məhkəməyə təqdim edildikdən sonra, bu tələb artıq şəxsə bağlı şəxsi hüquq statusundan çıxaraq, əmlak hüququna çevrilir və iddiaçının vəfatından sonra da hüquqi davamlılığı təmin olunur.

Bənzər Xəbərlər

31.05.2026 - 15:08Ariz Əhədov

Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO

29.05.2026 - 12:00Ariz Əhədov

Bu şəxslərin diqqətinə: iyulun 1-dən 30-dək...

29.05.2026 - 11:35Ariz Əhədov

Rəhbər şəxslər qatara mindi — Prezident onlara hansı tapşırığı verib?

28.05.2026 - 21:10Ariz Əhədov

Bu çağırışçılar hərbi xidmətə APARILMAYACAQ

28.05.2026 - 16:35Ariz Əhədov

 Onlar vəzifələrindən azad olundular

27.05.2026 - 23:47Ariz Əhədov

Ömürlük pensiya alanların NƏZƏRİNƏ

26.05.2026 - 19:15Ariz Əhədov

Yeni direktor bu başçının qardaşıdır

26.05.2026 - 16:43Ariz Əhədov

Uşaqpulu yoxsa sosial yardımlar - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar

26.05.2026 - 15:50Ariz Əhədov

Polkovnikə vəzifə verildi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 634

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 265

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 035

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 258
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.