Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9023
  • 100 RUB 2.0943
  • GBP 2.2794
  • TRY 0.0340
  • CNY 0.2548
  • GEL 0.6552
  • 100 KZT 0.3751
  • UAH 0.0372
  • AED 0.4628
Gündəm

Hərbçilərlə bağlı mühüm qərar: Müddət azaldılır!

Hərbçilərlə bağlı mühüm qərar: Müddət azaldılır!

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin “leytenant” rütbəsində olma müddətinin azaldılmasını son oxunuşda qəbul edib.

YENİERA.az xəbər verir ki, bu barədə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Təklifə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) səviyyəsini bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddətinin ali təhsilin hər bir göstərilən səviyyəsi üzrə bir dəfə olmaqla 1 il azaldılması nəzərdə tutulur.

Bundan əlavə, “leytenant” hərbi rütbəsində olma müddətinə dair müddəalar yenilənir.

Buna əsasən, təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün həmin müddət 2 il, aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edənlər üçün 1 il, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda 1 il müəyyən edilir.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.(Bakupost)

Paylaş: