Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9023
  • 100 RUB 2.0943
  • GBP 2.2794
  • TRY 0.0340
  • CNY 0.2548
  • GEL 0.6552
  • 100 KZT 0.3751
  • UAH 0.0372
  • AED 0.4628
Gündəm

Siyavuş Novruzovdan xanımının əleyhinə səs verən deputata REAKSİYA

Siyavuş Novruzovdan xanımının əleyhinə səs verən deputata REAKSİYA

Parlamentin bugünkü plenar iclasında Səbinə Əliyeva səs çoxluğu ilə yenidən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. İclasda iştirak edən deputatlardan 100 nəfəri onun Ombudsman olmasının lehinə, 1 nəfər əleyhinə səs verib, 7 nəfər isə səsvermədə bitərəf qalıb. Beləliklə, Səbinə Əliyeva növbəti 7 ildə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini icra etməyə davam edəcək.

Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Səbinə Əliyevanın həyat yoldaşı Siyavuş Novruzov səsvermədə iştirak etməyən həmkarının mövqeyini şərh edib:

“Parlamentdir də hər kəs azad səsvermə hüququna malikdir. Odur ki, bununla bağlı nəsə deyə, şərh verə bilmərəm”, – deyə o vurğulayıb.

Xatırladaq ki, Səbinə Əliyeva ilk dəfə 29 noyabr 2019-cu ildə Milli Məclis tərəfindən Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili seçilib. Belə ki, iclasda iştirak edən deputatlardan 104 nəfəri onun Ombudsman olmasının lehinə səs verib. Əleyhinə və bitərəf səs verən deputat olmayıb, səs vermədə iştirak etməyən 1 deputat olub.

Qeyd edək ki, Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə anadan olub. İxtisasca hüquqşünasdır. Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 3-cü dərəcə dövlət müşaviridir. Səbinə Əliyeva Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşı, Milli Məclisin sabiq vitse-spikeri və Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevin qızıdır. Ombdsmanın iki övladı var.

Paylaş: