Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9000 ▼0.0019
  • 100 RUB 2.1118 ▲0.0195
  • GBP 2.2769 ▲0.0009
  • TRY 0.0340
  • CNY 0.2557 ▲0.0004
  • GEL 0.6561 ▲0.0010
  • 100 KZT 0.3743 ▼0.0010
  • UAH 0.0375
  • AED 0.4628
Siyasət

Prezident vacib Sərəncam imzaladı

Prezident vacib Sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Yeniera.az xəbər verir ki, sərəncama əsasən, 2007-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995–2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməyən, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən Azərbaycan vətəndaşları oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Paylaş: