Bir müddət öncə Dənizlidə iki polis əməkdaşını döyərək gündəm olan Kale Bələdiyyə sədri Erkan Hayla ilə bağlı dəhşətli iddialar ortaya çıxıb.
Yeni.era.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Haylanın bu dəfə adı cinayətıə hallanıb.
Ötən il onun bir işçini boğması ilə bağlı görüntülər ortaya çıxıb.
Hayla tərəfindən təhqir olunaraq boğularaq öldürülən şəxsin Dənizli Böyükşəhər Bələdiyyəsi DESKİ Ümumi Müdirliyinin əməkdaşı olduğu iddia edilib.
Əvvəlki rəhbərlik tərəfindən işə götürüldüyü üçün bələdiyyə sədri Hayla tərəfindən təzyiqlərə məruz qaldığı iddia edilən qadın işdən çıxarıldıqdan az sonra yol qəzasında dünyasını dəyişib.
Onun işdən çıxarılmasına səbəb olan hadisə 2015-ci ildə baş verib. Evli bir uşaq atası, Dənizli Böyükşəhər Bələdiyyəsi Kale Xilasetmə İdarəsinin xilasedicisi Mehmet Ali Talay avtomobilində güllələnərək öldürülüb. Qətlə görə məsuliyyəti onun sevgilisi olduğu iddia edilən Kale Bələdiyyəsinin bələdiyyə polisi üzərinə götürüb. İlkin ifadəsində həmin şəxs Yanğınsöndürən Talayın onu 8 ay cinsi əlaqəyə məcbur etdiyini bildirib.
Sonra o, həbs olunaraq həbsxanada ifadəsini dəyişərək, qətli Erkan Haylanın törətdiyini və ona silah verdiyini iddia edərək, günahı üzərinə götürməsini istəyib.
Bələdiyyə sədri Hayla məhkəmə tərəfindən nəzarətə alınıb. Məhkəməyə qədər azadlığa buraxılan Bələdiyyə Başçısı ona qarşı irəli sürülən ittihamlardan bəraət alıb, lakin davam edən məhkəmə prosesləri səbəbindən 2018-ci ildə vəzifəsindən kənarlaşdırılıb.
Gülnar Həmidova

