Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8669 ▲0.0003
  • 100 RUB 2.0809 ▲0.0072
  • GBP 2.2284 ▲0.0001
  • TRY 0.0336
  • CNY 0.2547 ▼0.0001
  • GEL 0.6566 ▲0.0002
  • 100 KZT 0.3732 ▼0.0045
  • UAH 0.0378
  • AED 0.4628
Gündəm

Nazir paralimpiya çempionuna FHN-də vəzifə verdi

Nazir paralimpiya çempionuna FHN-də vəzifə verdi

Azərbaycanın paralimpiya çempionu Şəhanə Hacıyevaya Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifə verilib. 

Yeniera.az xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, bununla bağlı nazir Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, dövlət qulluqçusu FHN-nin Sumqayıt Regional Mərkəzinin Maarifləndirmə sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Şəhanə Hacıyeva (48 kq) 2021-ci ildə keçirilmiş Tokio Yay Paralimpiya Oyunlarında cüdo yarışında qızıl medal əldə edib. Əməkdar idman ustası Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Paylaş: