• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
14°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Hadisə

O qızcığazın həyatını danışa bilməyən Elmar qurtarıbmış...

02 Sentyabr, 25 / 17:18
A A
O qızcığazın həyatını danışa bilməyən Elmar qurtarıbmış...

Ağstafanın Aşağı Göyçəli kəndində 2 yaşlı qız uşağını oğurlamaqda ittiham olunan Telman Omarovun məhkəmə araşdırması başa çatıb.

Yeniera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Omarov adam oğurluğunda təqsirli bilinərək uzunmüddətli həbsə məhkum edilib.

İttihamda yazılır ki, 57 yaşlı T.Omarov kənddə keçirilən toy mərasimində azyaşlını izləməyə başlayıb. Uşaq yol kənarında oynayan vaxt onu qucağına alaraq idarə etdiyi “Lexus” markalı avtomobilə mindirib və Ağstafadakı evinə aparıb.

Övladlarının yoxa çıxdığını görən ailə əvvəlcə onun yaxınlıqdakı arxa düşdüyünü zənn edib.

Hadisənin yeganə şahidi isə anadangəlmə nitq qabiliyyəti olmayan kənd sakini Elmar imiş. Elmar uşağı qaçıran avtomobilin nömrəsini yerə yazaraq baş verənləri valideynlərə başa salıb. Bundan sonra körpəni Telmanın apardığı məlum olub.

Valideynlər kənd sakinlərini də toplayaraq uşağı almaq üçün onun evinə gediblər. Həmin vaxt sərxoş vəziyyətdə olan Telman həyətində saxladığı iti gələnlərin üstünə buraxıb. O, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra azyaşlı valideynlərinə təhvil verilib.

Kənd sakinləri məhkəmədə də bu halı təsdiq ediblər. Kəndlilər deyiblər ki, uşağı geri almaq üçün valideynlərlə birgə T.Omarovun yaşadığı evə gediblər.

İçkili vəziyyətdə olan Omarov isə onları “əgər yaxınlaşsanız, uşağı itə atacağam” deyərək hədələyib. Hətta həmin vaxt həyətdəki it uşağı T.Omarovun əlindən almağa çalışanlardan birini dişləyib. Yalnız polisin müdaxiləsindən sonra ara sakitləşib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi toplanmış sübutlar əsasında Telman Omarovu təqsirli hesab edib. Ona ittiham edildiyi maddənin sanksiyasının yuxarı həddi ilə-12 il 6 ay həbs cəzası verib. Həmçinin cəzasının çəkilməsi yeri ciddi rejimli müəssisə seçilib.

Ən son xəbərləri bizim Instagram hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası bu il Şuşada keçiriləcək

Növbəti Yazı

İlkay Gündoğan "Qalatasaray" üçün İstanbula gəldi

XƏBƏR LENTİ

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.