• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
14°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

“Vidadi Mustafayevin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur”

03 Sentyabr, 25 / 15:30
A A
“Vidadi Mustafayevin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur”

Rusiya mediasında Vidadi Mustafayevin Yekaterinburqdakı Azərbaycan diasporuna yeni rəhbər seçilməsi barədə məlumatlar yayılıb.

Yeniera.az xəbər verir ki, APA-nın Diasporla İş üzrə Dövlət Komitəsinə yaxın mənbələrdən əldə etdiyi məlumata əsasən, Vidadi Mustafayev adlı şəxsin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur.

Bildirilib ki, o, naməlum qrup tərəfindən qeyri-müəyyən bir təşkilata “rəhbər” vəzifəyə “seçilib”.

V.Mustafayevin iqtisadi cinayətlərə görə bir neçə dəfə məsuliyyətə cəlb olunmasına dair məlumatlar da var.

“Məlum olduğu kimi, diaspor könüllü fəaliyyət növüdür. Ana Vətənlə yaşadığı ölkə arasında əlaqələrin inkişafına töhfə vermək, həmin ölkələrin qanunvericiliyinə uyğun fəaliyyət göstərmək diasporun əsas funksiyalarına daxildir. Bu gün Azərbaycan diasporunun da hər bir sahədə uğurlu fəaliyyəti göz qabağındadır.

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin sədrlik etdiyi “Azərbaycan-Ural” milli-mədəni ictimai təşkilatı da hər zaman Rusiya qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərib.

Təəssüf ki, bəzi soydaşlarımızın fəaliyyəti diaspor və birlik anlayışlarına xələl gətirir.

Naməlum qrupun Vidadi Mustafayev adlı şəxsi qeyri-müəyyən bir təşkilata “rəhbər” vəzifəyə “seçməsi”, bu cür informasiyaların tirajlanması Azərbaycan diasporunun birliyinə xələl gətirmək və icma üzvləri arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski bu ilin avqustunda həbs olunub. İlkin məlumata görə, Şahin Şıxlinski şəxsin öldürülməsinə cəhddə iştirak etmək, habelə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.

Bundan başqa, Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski də hazırda həbsdədir. O, hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etməkdə təqsirləndirilir. Hər iki şəxslə bağlı istintaq davam edir.

Ən son xəbərləri bizim TikTok hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Prezidentlə xanımının paraddan maraqlı - FOTOLARI

Növbəti Yazı

Qızın barmağında qalan üzüyü belə çıxardılar - VİDEO

XƏBƏR LENTİ

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.