Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992
  • 100 RUB 2.0276
  • GBP 2.2468
  • TRY 0.0344
  • CNY 0.2539
  • GEL 0.6553
  • 100 KZT 0.3762
  • UAH 0.0377
  • AED 0.4628
Dünya

“Apple”ın AI rəhbəri qəfil İSTEFA VERDİ

“Apple”ın AI rəhbəri qəfil İSTEFA VERDİ

“Apple”ın süni intellekt üzrə yüksək səviyyəli direktoru Con Giannandrea vəzifəsini tərk edir və 2026-cı ildə təqaüdə çıxacaq.

Yeniera.az xəbər verir ki, Giannandrea 2018-ci ildən “Apple”ın maşın öyrənməsi və süni intellekt strategiyası üzrə baş vitse-prezidenti vəzifəsində çalışıb.

Onu qısa müddət ərzində “Microsoft”da süni intellekt üzrə korporativ vitse-prezident vəzifəsində çalışmış və əvvəllər “Google”da on ildən çox işləmiş Amar Subramanya əvəzlənib.

Subramanya birbaşa Tim Kuka hesabat verən Giannandrea-dan fərqli olaraq CEO Craig Federighi-yə hesabat verəcək.

Tim Kuk verdiyi açıqlamada, “AI uzun müddətdir Apple-ın strategiyasının mərkəzi rolunu oynayır. Biz Amar-ı Kreyqin liderlik qrupunda salamlamaqdan və onun müstəsna təcrübəsini Apple-a gətirməkdən məmnunuq”,-deyə qeyd edib.

Yeganə

Paylaş: