Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9094 ▲0.0004
  • 100 RUB 2.0358 ▲0.0068
  • GBP 2.2657 ▲0.0041
  • TRY 0.0343
  • CNY 0.2545 ▲0.0004
  • GEL 0.6546 ▼0.0004
  • 100 KZT 0.3752 ▼0.0003
  • UAH 0.0379
  • AED 0.4628
Dünya

Araqçi Naxçıvana hücumdan danışdı – “narahatlıq”

Araqçi Naxçıvana hücumdan danışdı – “narahatlıq”

İranın xarici işlər naziri Abbas Araqçi Naxçıvan istiqamətində baş verən hadisə ilə bağlı açıqlama verərək bunu “narahatlıq” kimi qiymətləndirib.

YENIERA.az Musavat.com-a istinadən xəbər verir ki, jurnalistin “Əgər siz qonşularınıza hücum etmirsinizsə, İran prezidenti niyə üzr istədi?” sualına Araqçi belə cavab verib:

“Birincisi, bizim mədəniyyətimizdə üzr istəmək ləyaqət və güc əlamətidir. İkincisi isə o, ABŞ-ın təcavüzü və bizim cavab tədbirlərimiz nəticəsində region xalqlarının üzləşdiyi narahatlıqlara görə üzr istədi.”

Araqçi əlavə edib ki, əslində region xalqları qarşısında üzr istəməli olan tərəf ABŞ-dır.

“Əslində isə ABŞ prezidenti region xalqları və İran xalqı qarşısında üzr istəməlidir. Çünki bizə qarşı törədilən qətllərə və dağıntılara görə məsuliyyət daşıyan tərəf onlardır”, – deyə o bildirib.

Paylaş: