Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
İdman

Azərbaycan Premyer Liqası klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb

Azərbaycan Premyer Liqası klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb

Azərbaycan Premyer Liqasında iştirak edən klubların 2024-cü ildə əldə etdiyi gəlirlər müəyyənləşib.

Yeniera.az xəbər verir ki, bu barədə AFFA-nın klubların lisenziyalaşdırılması üzrə hesabatında qeyd olunub.

2024-cü ildə ən çox gəlir əldə edən klub “Qarabağ”dır. Ağdam təmsilçisi büdcəsinə 34 milyon 753 min 800 manat əlavə edib.

Ən çox qazanc əldə edən ikinci klub “Neftçi” olub – 28 milyon 617 min 506 manat. “Sabah” 26 milyon 953 min 800 manat gəlirlə üçüncüdür.

2024-cü ildə digər klubların gəlirləri aşağıdakı kimi olub:

“Zirə” – 10 milyon 968 min 897 manat

“Sumqayıt” – 9 milyon 178 min, 60 manat

“Səbail” – 7 milyon 799 min 500 manat

“Araz-Naxçıvan” – 6 milyon 208 min 100 manat

“Turan Tovuz” – 6 milyon 145 min 200 manat

“Kəpəz” – 3 milyon 711 min 300 manat

“Şamaxı” – 3 milyon 51 min 300 manat

Qeyd olunan məbləğlər reklam və sponsorlardan daxilolmalar, UEFA-dan daxilolmalar, Futbolun İnkişafı Fondundan daxilolmalar, Kommersiya və digər əməliyyat gəlirləri, bilet satışından daxilolmalar hesabına formalaşıb.

Paylaş: