Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Nevroloq Jalə Qarayeva – Türkiyədə ixtisaslaşıb, epilepsiya üzrə də fəaliyyət göstərib
  • AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib – FOTO
  • Xətai sakinləri ETİRAZ ETDİ: PROBLEM HƏLLİNİ TAPMIR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»VİDEO XƏBƏRLƏR»“Azəriqaz” öz səhvini vətəndaşın boynuna atdı: Qarlı havada körpəsi olan imkansız ailəni qazsız qoydu +VİDEO

"Azəriqaz" öz səhvini vətəndaşın boynuna atdı: Qarlı havada körpəsi olan imkansız ailəni qazsız qoydu  +VİDEO

VİDEO XƏBƏRLƏR Ariz Əhədov10.02.2026 - 21:38
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Azəriqaz” əməkdaşları qarlı havada imkansız ailəni qazsız qoyub.

Bu barədə  Oxu24.com-a müraciət edən Ucar rayonu,Qazyan kənd sakini Abdullayev Rasim Məhəmməd oğlu bildirib.

Kənd sakininin sözlərinə görə,bu gün “Azəriqaz”-ın  əməkdaşı onların evinə gəlib və 200 AZN limiti keçdiklərini deyiblər.

“Qaza baxan nəzarətçi gəldi və 200 manat borcumuzun olduğunu bizə dedi.Ona bizdə smart tipli sayğac olduğunu və hər ay kartla ödəniş etdiyimizi bildirdik.Dedilər ki,bu pulu verməsəniz,qazınız kəsiləcək.Kasıb ailəyik,işləmirik.Pensiyaçı həyat yoldaşım,özüm və azyaşlı körpə övladı olan qızımla birgə yaşayırıq.İndiki halda onların iddia etdiyi 200 manatı verə bilmədik.Qazı kəsib,getdilər.Hazırda ölkədə çovğun və qarla bağlı xəbərdarlıq edilib.Bu,soyuqda körpə uşaqla nə edəcəyimizi bilmirik.Səsimizi rəhbər şəxslərə çatdırmağınızı xahiş edirik”,-deyə vətəndaş bildirib.

Oxu24.com məsələ ilə bağlı “Azəriqaz”ın Ucar rayon şöbəsinin rəisi  Məlikməmməd Mehdiyevlə əlaqə saxlayıb.O,Nazirlər Kabinetinin borcu olan abanentlərin qazının dayandırılması barədə qərarının olduğunu qeyd edib.

“Biz Nazirlər Kabinetinin müvafiq qərarı ilə qazı dayandırmışıq.Abanentin borcu var.Onun sayğacında qaz sərfiyyatı düzgün hesablanmayıb.Texniki problem olub”,-deyə idarə rəisi bildirib.

Xatırladaq ki,qaz sayğaclarına nəzarət “Azəriqaz” əməkdaşlarının sahə üzrə təhkim edilmiş əməkdaşının vəzifə borcudur.Hər ay qaz sayğacının göstəricilərinin qeydə alınması və abanentə bildiriş-xəbərdarlıq təqdim olunması təmin olunmalıdır.Görünən odur ki,”Azəriqaz” əməkdaşı işinə səhlənkar yanaşdığı üçün vaxtında sayğacda yarandığı iddia edilən texniki problemi qeydə ala bilməyib.

İndiki halda heç bir rəsmi bildiriş-xəbərdarlıq edilmədən abanentin qazının dayandırılması nə dərəcədə qanunidir?Hava şəraiti və ailənin sosial vəziyyəti nəzərə alınmalı deyilmi?

Məsələ ilə bağlı “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevə də sorğu ünvanladıq.O,məsələ ilə bağlı açıqlama verəcəyini desə də,sonradan zənglərimizə cavab vermədi.

Qeyd edək ki,Ucar rayonunda bu il sakinlərə kütləvi şəkildə borcların yazılması barədə mətbuatda çoxsayda şikayətlər yayılıb.Bir çox vətəndaş istifadə etmədiyi qaza görə,onlara borc yazıldığını bildirib.

Mövzuya daha ətraflı qayıdacağıq.

Bənzər Xəbərlər

11.09.2026 - 20:34Gülnar Əliyeva

Nevroloq Jalə Qarayeva - Türkiyədə ixtisaslaşıb, epilepsiya üzrə də fəaliyyət göstərib

11.09.2026 - 17:29Gülnar Əliyeva

AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib – FOTO

11.09.2026 - 15:22Gülnar Əliyeva

Baş nazir yeni QƏRAR İMZALADI

11.09.2026 - 15:10Gülnar Əliyeva

Hikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - VİDEO

11.09.2026 - 15:00Gülnar Əliyeva

“Kontakt Home” müştərini necə aldatdı? – TƏFƏRRÜAT

11.09.2026 - 14:42Gülnar Əliyeva

İftixar Piriyev Vəfa Novruzovadan üzr istədi

11.09.2026 - 12:54Gülnar Əliyeva

Sürücülər bu yola girsə 100 manat cərimə ediləcək

11.09.2026 - 01:59Gülnar Əliyeva

Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?

11.09.2026 - 01:58Gülnar Əliyeva

İlham Mirzəyev DANIŞDI: "Gücüm yoxdur..."

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 005

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 061

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 987

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 795
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.