Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9094 ▲0.0004
  • 100 RUB 2.0358 ▲0.0068
  • GBP 2.2657 ▲0.0041
  • TRY 0.0343
  • CNY 0.2545 ▲0.0004
  • GEL 0.6546 ▼0.0004
  • 100 KZT 0.3752 ▼0.0003
  • UAH 0.0379
  • AED 0.4628
Siyasət

“Azərbaycan 7 milyardlıq təşəbbüsdə iştirak etməyi planlaşdırmır” – Prezidentin köməkçisi

“Azərbaycan 7 milyardlıq təşəbbüsdə iştirak etməyi planlaşdırmır” – Prezidentin köməkçisi

“Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və vəzifələrini dəstəkləyir”.

YENİERA.az verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” paylaşım edib.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycan Qəzza ilə bağlı investisiya layihələrində Sülh Şurası vasitəsilə iştirak etməyi nəzərdən keçirə bilər:

“Lakin bir məqamı aydınlaşdırmaq istərdim. Azərbaycan bu gün Şuranın iclası zamanı elan edilən Qəzza ilə bağlı 7 milyard ABŞ dolları həcmində maliyyə təşəbbüsündə iştirak etməyi planlaşdırmır”.

Qeyd edək ki, iclas zamanı ABŞ Prezidenti Donald Tramp bir neçə ölkənin Qəzza zolağına 7 milyard dollarlıq yardım paketi ayırdığını açıqlayıb. Bu siyahıda Azərbaycanın da adını çəkmişdi.

Paylaş: