Azərbaycanın əsas milli komandası noyabrın 13-16-da UEFA Millətlər Liqasının D Liqası çərçivəsində Lixtenşteynlə, ardınca isə səfərdə Andorra ilə yoxlama görüşündə üz-üzə gələcək.
YENİERA.az xəbər verir ki, oyunlar üçün açıqlanacaq heyətdə sürpriz addımların olacağı gözlənilir.
Əsas yığmaya dəvət alması gözlənilən namizədlərdən biri İtaliyanın “Sampdoriya” klubunda çıxış edən Lorenzo Mezzoterodur.
U-21 millimizin 18 yaşlı hücumçusu İtaliya B Seriyasının X turunda “Virtus Entella”ya 2:0 hesabı ilə qalib gəldikləri matçda əsas komandadakı ilk qoluna imza ataraq məşqçilər korpusunun diqqətini çəkib.
17-ci dəqiqədə oyuna daxil olan forvard 42-ci dəqiqədə fərqlənərək komandasının qələbəsində mühüm rol oynayıb. Uşaqlığının bir hissəsini Azərbaycanda keçirən və “Qarabağ”la “Neftçi”nin akademiyalarında oynayan gənc futbolçunun bu çıxışı onun əsas yığmaya yolunu aça bilər.
(sportinfo.az)

