Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9037 ▼0.0111
  • 100 RUB 2.0840 ▲0.0058
  • GBP 2.2834 ▼0.0101
  • TRY 0.0339 ▼0.0001
  • CNY 0.2549
  • GEL 0.6561 ▲0.0007
  • 100 KZT 0.3768 ▲0.0011
  • UAH 0.0375 ▲0.0002
  • AED 0.4628
Dünya

“Ermənistanla Türkiyə yaxın gələcəkdə diplomatik əlaqələr quracaq”

“Ermənistanla Türkiyə yaxın gələcəkdə diplomatik əlaqələr quracaq”

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsi ilə Türkiyənin yaxın gələcəkdə diplomatik münasibətlər quracağına əminliyini ifadə edib.

YENİERA.az xəbər verir ki, N.Paşinyan bu barədə III Ümumdünya Erməni Sammiti 2026 iştirakçılarının suallarını cavablandırarkən danışıb.

“Ermənistanla Türkiyə hələ diplomatik münasibətlər qurmayıb, lakin əminəm ki, bir-birinin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin tanınması əsasında yaxın gələcəkdə belə münasibətlər qurulacaq”, – deyə o bildirib.

Xatırladaq ki, iki ölkə arasında sərhəd 1993-cü ildən bağlıdır. 2022-ci ilin yanvarında isə Moskvada Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndələrin ilk görüşü keçirilib.

Paylaş: